Azərbaycanın Dövlət
Sərhəd Xidmətinin
rəisi Türkiyə
Jandarma Qüvvələrinin
qərargah rəisi ilə görüşmüşdür
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi, general-polkovnik Mustafa Bıyıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Jandarma Qüvvələri arasındakı əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
İkitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilərək sərhədlərin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədi ilə mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan.- 2010.- 27 may.- S.
9.