İtaliya Azərbaycan alimləri ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar aparır

 

İtaliyanın Milli Tədqiqatlar Şurasının Geologiya Elmləri Təbii Sərvətlər İnstitutunun mütəxəssisləri Anjelo Minissale Marko Bonini ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutuna gəlmişlər.

Yeddigünlük səfər çərçivəsində Ayrantökən, Daşgil, Qoturdağ, Bahar, Pirəkəşkül, Şıxzəyirli, Üçtəpə digər palçıq vulkanlarına ekspedisiyalar edilir, İtaliyada analiz etmək üçün vulkanlardan palçıq su nümunələri götürülür. Ekspedisiyalar Geologiya İnstitutunun Neft qaz geologiyası geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin rəhbərliyi ilə həyata keçirilir.

Tədqiqatlardan məqsəd palçıq vulkanlarının yerləşdiyi ərazilərdə mövcud olan tektonik qabarma qırılmaların vulkan fəallığı ilə əlaqəsi, həmçinin vulkanlar arasında bu baxımdan olan fərqləri öyrənməkdir. Müxtəlif palçıq vulkanlarından çıxan metan radioaktiv qazların tərkibi arasındakı fərqlərin bu geoloji xüsusiyyətlə əlaqəsini müəyyən etmək tədqiqatların hədəflərindəndir.

Ə.Feyzullayevin dediyinə görə, indiyəcən bu istiqamətdə Azərbaycanda müasir üsullarla fundamental tədqiqatlar aparılmayıb. Səbəb İtaliyadakı kimi yüksək səviyyəli laborator şəraitin burada mövcud olmamasıdır. Xatırladaq ki, dünyanın 36 ölkəsində, o cümlədən İtaliyada ümumən 1000-dən artıq palçıq vulkanı vardır ki, onların 300-dən çoxu Azərbaycandadır. A.Minissalenin dediyinə görə, İtaliyadakı bu tip vulkanlar buradakı kimi sayca çox quruluşca böyük olmasalar da, hər iki ölkə çökmə hövzələrinin geoloji inkişaf tarixinə görə çox oxşardır. Həm bu amil, həm vulkanlarımızın geoloji üstünlüklərə malik olması italiyalı alimləri tədqiqatlar üçün məhz Azərbaycana yönəltmişdir.

 

 

Ağahüseyn ŞÜKÜROV

 

Azərbaycan.- 2010.-  26 may.- S.  11.