"Bələdiyyələrin Dövlət reyestrinin aparılması onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Bələdiyyələrin Dövlət reyestrinin aparılması onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində mərzçəkmə qaydalarını və mərz nişanlarının formalarının nümunələrini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 15 gün müddətində bu fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Qaydanın 8.8-ci bəndində nəzərdə tutulmuş sənədlərin nümunəvi formasını təsdiq etsin.

4. "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 215 nömrəli Fərmanının 3-cü bəndində "torpaqlar" sözündən sonra "barədə məlumatları" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 may.- S.  2.