“Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
1. “Xüsusi təyinatlı
təhsil müəssisələrinin təsis edilməsi
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı” təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, üç ay müddətində:
3.1. qüvvədə
olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il.
Azərbaycan.- 2010.- 28 may.- S.
3.