Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 609; 2001-ci il, ¹ 10, maddə 640; 2003-cü il, ¹ 8, maddə 435, ¹ 10, maddə 552; 2004-cü il, ¹ 6, maddə 435; 2005-ci il, ¹ 2, maddə 64, ¹ 5, maddə 403; 2006-cı il, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007-ci il, ¹ 3, maddə 228, ¹ 6, maddə 606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008-ci il, ¹ 6, maddə 493; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 5, maddə 324) aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

“4. Dövlət orqanları və yerli özünüidarə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri hüquqi şəxslərə ötürə bilməzlər.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

 

Azərbaycan.- 2010.-  28 may.- S.  3.