Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Heydər oğlu Əliyevə
Cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda xalqım adından səmimi təbriklərimi bildirirəm.
Ölkələrimiz arasında yaxşı inkişaf edən və qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur. Almaniya Sizin ölkənizlə dostluq əlaqələrinin genişləndirilməsi üçün gələcəkdə də səy göstərəcəkdir.
Sizin Avropa dəyərlərini və hüquqlarını qəbul etməyinizi, Avropa İttifaqı ilə yaxınlaşmaq üçün göstərdiyiniz səyləri alqışlayıram. Ötən il təsis edilmiş Şərq Tərəfdaşlığı Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin intensivləşdirilməsi üçün hər iki tərəfin iradəsinin olduğunu göstərir.
Sizə və ailənizə ən xoş arzularımı bildirir, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.
Sizin
Horst KÖLER,
Almaniya Federativ
Respublikasının Prezidenti
Azərbaycan.- 2010.- 28 may.-
S. 3.