Respublika günü Londonda qeyd olunmuşdur

 

28 May - Respublika günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Londonda tədbir keçirilmişdir.

Bu barədə səfirlikdən AzərTAc-a verilmiş məlumatda bildirilir ki, tədbirdə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi digər dövlət qurumlarının nümayəndələri, parlamentin üzvləri, Londonda akkreditə olunan diplomatik korpusun üzvləri, Beynəlxalq Dəniz Təşkilatı, Avropa Yenidənqurma İnkişaf Bankının yüksək rəsmiləri, diaspor təşkilatlarının təmsilçiləri, mətbuat nümayəndələri, Britaniyada yaşayan Azərbaycan türk icmasının üzvləri iştirak etmişlər.

Qəbulun keçirildiyi zalda quraşdırılmış geniş ekranda 28 May - Respublika gününün tarixi əhəmiyyətini, Azərbaycan Demokratik Respublikasının qurulmasını ölkəmizin mövcud vəziyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Bundan əlavə, "İRS" jurnalının Respublika gününə həsr edilmiş xüsusi sayı, eləcə Azərbaycanın tarixi, mədəniyyəti iqtisadiyyatına həsr edilmiş çoxsaylı məlumat kitabçaları, jurnallar qəbulda iştirak edən qonaqlara paylanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 may.- S.  6.