Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin
görüşü olmuşdur
Moskvada Rusiyanın və Azərbaycanın müdafiə nazirləri Anatoli Serdyukovun və Səfər Əbiyevin görüşü olmuşdur. Görüşdə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
İTAR-TASS RF müdafiə nazirinin mətbuat katibi İrina Kovalçuka istinadla xəbər verir ki, Anatoli Serdyukovun general-polkovnik Səfər Əbiyevlə işgüzar görüşü zamanı Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə Qafqaz regionunda təhlükəsizliklə bağlı problemlər müzakirə olunmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 28 may.- S.
6.