Azərbaycanın ilk peykinin istehsalı ilə əlaqədar əsas müqavilə imzalanmışdır
Mayın 27-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə əlaqədar əsas müqavilə imzalanmışdır.
Müqaviləni BƏHM-in direktoru Cəlil Cəfərov və "Orbital Sciences Corporation" şirkətinin vitse-prezidenti Maykl Larkin uyğun hökumət təşkilatlarının tövsiyələri nəzərə alınmaqla və məsləhətçi şirkətlərlə razılaşdırılmış variantda imzalamışlar.
Mayın 25-də isə İstanbulda Azərbaycan tərəfi ilə Malayziyanın "Measat Satellite Systems" şirkəti arasında orbital mövqenin birgə istifadəsini nəzərdə tutan müqavilə bağlanmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, peykin hazırlanması
istiqamətində aparılan
işlər Azərbaycan
Prezidentinin müvafiq sərəncamları əsasında
həyata keçirilir.
Bu layihə Azərbaycanda kosmik sənayenin yaradılması
və ölkəmizin
dünya kosmik bazarına çıxarılması
üzrə aparılan
işlərin başlanğıcıdır.
Peykin "Orbital Sciences Corporation" şirkəti tərəfindən
26 ay müddətində
istehsal ediləcəyi
və 2012-ci ilin iyul-avqust aylarında geostasionar orbitə çıxarılacağı nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2010.- 28 may.- S.
6.