Meksika parlamentinin üzvləri Azərbaycanı milli bayram münasibətilə təbrik etmişlər

 

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, Respublika Günü münasibətilə Meksika Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycan hökumətinə xalqına təbrik məktubu ünvanlamışdır.

Qrupun sədri Markos Perez Eskuer tərəfindən imzalanan təbrikdə deputat Meksika qanunvericiləri adından Azərbaycan hökumətinə xalqına dövlət bayramı münasibətilə təbriklərlə yanaşı, səmimi salamlarını ehtiramlarını çatdırmağı da xahiş etmişdir.

Yeni yaranan Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu artıq sıralarında on nəfər qanunvericini birləşdirir. Həmin deputatlar Meksika parlamentində təmsil olunan Milli Fəaliyyət Partiyası, Demokratik İnqilab Partiyası, Əmək Partiyası ölkənin digər aparıcı siyasi qüvvələrinin üzvləridir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.- 28 may.- S.  12.