Rumıniyada Respublika Günü münasibətilə
tədbir keçirilmişdir
Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, Respublika Günü münasibətilə səfirlikdə rəsmi qəbul keçirilmişdir.
Tədbirdə Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, Senatın sədri Mirçea Ceoana, iqtisadiyyat, ticarət və biznes naziri Adrian Videanu, yüksək vəzifəli hökumət rəsmiləri, senator və deputatlar, siyasi partiya rəhbərləri, ictimai təşkilat və fondların üzvləri, tanınmış din, ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, türk və tatar toplumunun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Tədbirdə iştirakçılara
"Azərbaycan və
Rumıniya - əbədi
dostluq" sənədli
filmi, Azərbaycanın
mədəniyyəti, tarixi
və iqtisadiyyatından
bəhs edən filmlər nümayiş etdirilmişdir. Həmin filmlərdə Azərbaycanın
qədim tarixi, zəngin mədəniyyəti,
iqtisadi nailiyyətləri,
uğurlu xarici siyasəti, Azərbaycan və Rumıniya arasında mövcud olan dostluq və
əməkdaşlıq əlaqələri,
ikitərəfli səfərlər,
Buxarest şəhərində
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyevin adını daşıyan
parkın və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təntənəli
açılış mərasimləri
öz əksini tapmışdır.
Azərbaycan.- 2010.- 28 may.- S.
15.