Sloveniyalı professor Lahıc qəsəbəsindədir

 

Azərbaycan Sloveniya arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən "Dünən, bu gün, sabah" adlı layihənin əlaqələndiricisi, incəsənət professoru xanım Vesna Çrnivets oktyabrın 15-dən İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdədir.

Azərbaycanın Sloveniyadakı səfirliyinin, bu ölkənin Xarici İşlər Mədəniyyət nazirliklərinin dəstəyi ilə hazırlanmış layihəylə bağlı Azərbaycanda Sloveniyada 2010-2011-ci illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Vesna Çrnivets AzərTAc-a demişdir ki, 2002-ci ildən bəri müxtəlif layihələr tədbirlər çərçivəsində 10 dəfə Azərbaycana gəlmiş, 2008-ci ildə təşkil edilmiş "Gənclik mədəni irsimizin qorunması" layihəsi ilə bağlı Lahıcda olmuşdur. O zaman "Lahıca xoş gəlmisiniz" adlı 17 dəqiqəlik qısametrajlı film çəkmiş, 45 şəkildən ibarət fotosərgi hazırlamışdır. Budəfəki səfərində isə Lahıc kənd orta məktəbində həmin filmin təqdimatı keçirilmiş, fotoşəkillərin sərgisi açılmışdır. Yüksək sənətkarlıqla çəkilmiş dolğun məzmuna malik film fotosərgi qəsəbə sakinlərində böyük maraq doğurmuşdur.

Vesna Çrnivets demişdir: Bu film fotosərgi artıq Sloveniyanın Lyublyana şəhərindəki "Pionerski dom" incəsənət mərkəzində, "Volentin Vodnik" adına mədəniyyət mərkəzində, Lyublyana Universitetinin etnoqrafiya mədəni antropologiya fakültəsində nümayiş etdirilmişdir. Film sərgi Bakıda Azərbaycan Universitetində göstəriləcəkdir. Hazırda yeni layihə üzərində işləyirəm. "Yay məktəbi" adlanan bu layihə hər iki ölkənin tələbə müəllimlərinin qarşılıqlı istirahətinin təşkilini nəzərdə tutur. Lahıc Sloveniyadan gələn hər kəs üçün tayı-bərabəri olmayan mədəniyyət istirahət guşəsidir.

Professor Vesna Çrnivetsə Fransanın "Danone Azərbaycan" şirkətinin hesabatlar üzrə mütəxəssisi, əslən Lahıcdan olan Billurə Bayramova, Lahıc kənd orta məktəbinin direktoru, əməkdar müəllim Hikmət Haqverdili yaxından kömək göstərmişlər. Qonaq bu dəfə qısametrajlı film çəkmişdir. Professor habelə məktəblilər tərəfindən çəkilən Azərbaycanın milli geyimlərini əks etdirən rəsmlər toplusu da hazırlamışdır. Bu rəsmlər gələn il Sloveniyada uşaqlar tərəfindən çəkilmiş milli geyimlərin beynəlxalq rəsm sərgisində nümayiş etdiriləcəkdir. Tanınmış fotojurnalist, rəssam tərcüməçi uşaqlara qısametrajlı film fotoçəkilişlərinin incəliklərini öyrətmişdir.

Vesna Çrnivetsin Lahıca səfəri noyabrın 2-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2010.- 2 noyabr.- S. 6.