Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün rəhbərliyi ilə böyük nümayəndə heyətinin ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Vecdi Gönül Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini vurğulayaraq bu sahədə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdionun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 noyabr.- S. 1.