Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhəyana

 

Əlahəzrət!

Ras Əl-Xeyma Əmirliyinin Hakimi Şeyx Saqr bin Məhəmməd Əl-Qasiminin vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 4 noyabr.- S.  1.