Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Noyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə "Qarabağ" siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələr qeydə alınmışdır.

Sonra 60 saylı Salyan-Neftçala seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar çıxarılmışdır.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. Müraciətlərdən 2-si əsassız olduğundan təmin edilməmiş, digərləri isə aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.

Komissiya 7 noyabr 2010-cu ilə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamələrinin icrasına dair məsələyə baxmış və həmin qətnamələrə uyğun olaraq 3 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının, ATƏT-in Bakı ofisinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 4 noyabr.- S. 1.