Ümumukraynanın "Den" qəzetində Azərbaycan haqqında analitik məqalə dərc edilmişdir

 

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna KİV-nin nümayəndələrinə müsahibə vermişdir. Nümayəndələr arasında "Den" qəzetinin xüsusi müxbiri Yuri Rayxel də vardı. Azərbaycan dövlətinin başçısı ilə müsahibə oktyabrın 27-də bu qəzetdə "İlham Əliyev: Biz sizin bütün uğurlarınıza və qələbələrinizə sevinəcəyik" sərlövhəsi altında dərc edilmişdir.

"Den" qəzetinin 3 noyabr tarixli nömrəsində isə Yuri Rayxelin "Köhnə dostla görüş, yaxud Azərbaycanın uğurlarının səbəbi nədir?" sərlövhəli ikinci materialı çap edilmişdir.

Məqalə müəllifi yazır: "İş elə gətirmişdir ki, Azərbaycan paytaxtında axırıncı dəfə olduğum vaxtdan on ildən çox keçmişdir. Odur ki, bu səfər ərəfəsində tanışlarımın hamısı bir ağızdan deyirdilər: "Şəhəri tanımayacaqsan". Deməliyəm ki, köhnə tanışımla yeni görüş mənə həqiqətən unudulmaz təəssürat bağışladı".

Y.Rayxel daha sonra yazır: "Azərbaycanın paytaxtı gözəl, mənzərəli şəhərdir. Bu, bayrama, festivala oxşayan şəhərdir. Hələ ilıq dənizin, Şərq bazarının, fantastik dadlı yeməklərin ətir buketi adamı sərməst edir. Bu sehirli şəhərin terrasları Xəzərin ayparaya oxşar buxtasına tərəf yönəlmişdir. Bakı hər bir mədəniyyəti, hər bir dili, hər bir dini etiqadı qəbul edir. Burada məscidin qonşuluğunda sinaqoq, katolik kirxasının yaxınlığında pravoslav məbədi fəaliyyət göstərir. Bakı Şərq gözəlliyi ilə seçilən Qərb şəhəri və Qərbə xas simaya malik olan Şərq paytaxtıdır. Bu variantların hər biri ona yaraşır.

...Rəngarəng şəhərdir. Məhz bu səbəbdən kinolarda o, asanlıqla Buenos-Ayresə də, Tehrana da, İstanbula da çevrilə bilirdi. Kinematoqraf Bakıya həm də ona görə borcludur ki, Oskar mükafatı laureatları Vladimir MenşovEmmanuil Vitorqan bu şəhərdə doğulmuşlar. Bakının elm qarşısında da xidmətləri çox olmuşdur. Nobel mükafatı laureatı fizik Lev Landau və məşhur kimyaçı Mark Dalin bakılıdırlar. Adlı-sanlı bakılıların hamısını sadalamağa imkan yoxdur. Serqo ZakariadzeMstislav Rostropoviçi xatırlayaq.

Lakin heç bir, hətta ən gözəl tarixmüasirliyi əvəz etmir. Bu gözəl şəhərlə əlaqədar heyrətamiz dəyişikliklər isə məhz bundadır".

Məqalə müəllifi yazır: "Bakı - nəhəng bir tikinti meydançasıdır. Qədim şəhər tamamilə bərpa edilmişdir. XX əsrin əvvəlində Bakı neft sənayeçiləri tərəfindən tikilmiş, sovet dövründə və 90-cı illərin əvvəlində daxili qarşıdurma zamanı bərbad vəziyyətə düşmüş gözəl binalar özünün ilkin möhtəşəmliyi, Şərq üslubuAvropa moderninin gözəl harmoniyası ilə yenidən göz oxşayır. Məhz bu hal şəhərin mərkəzinə təsvirəgəlməz bir görkəm verir. Burada Şərq ilə Qərbin ən yaxşı cəhətləri qovuşmuşdur. Kiplinq səhv etmişdir. Abşeron yarımadasında dünyanın iki cəhəti, iki mədəniyyəti birləşmişdir. Onlar dinc yanaşı mövcud olmaqla bərabər, şəhərin inkişafına çox güclü təkan vermişlər.

Müasir binalar göylərə ucalır. Onların sayı çoxdur, lap çoxdur. Bəzilərinin böyük pəncərələri artıq Günəşin şüaları altında parıldayır, digərlərinin tikintisi tezliklə başa çatacaqdır, üçüncülərin bünövrəsi yenicə qoyulur. Lakin bir məqam çox vacibdir ki, bütün bunlar müasir binaların yox dərəcəsində olduğu tarixi hissə ilə harmoniya təşkil edir".

Məqalədə deyilir: "İqtisadi və maliyyə böhranının Azərbaycana, demək olar ki, təsiri olmamışdır. İndi buna inanmaq çətindir, lakin hələ 2004-cü ildə Azərbaycan Rusiyadan 4 milyard kubmetr qaz idxal edirdi. Elektrik enerjisiidxal edilirdi. İndi o dövrü bir qədər təbəssümlə xatırlayırlar. İndi qonşulara qazelektrik enerjisi ixrac edilir, eləcə də uzaq ölkələrə göndərilir. Bakı mağazalarında süd məhsullarının hamısının xaricdən, əsasən Rusiyadan və Türkiyədən gətirildiyi vaxtlar yada düşür. İndi ölkə demək olar ki, ərzaq almır, əksinə, xeyli həcmdə ərzaq məhsulları ixrac edilir".

Yuri Rayxel o dövrü xatırlayaraq yazır: "...12 il bundan əvvəl Azərbaycanın indiki Prezidentinin atası Heydər Əliyevlə bu mövzuda söhbət etmək bizə nəsib olmuşdu. Ölkədə ona millətin atası kimi ehtiram bəsləyirlər və buna əsas vardır. Müasir Azərbaycan Heydər Əliyevə çox borcludur. O vaxt Heydər Əliyev deyirdi ki, qarşıda ərzaq müstəqilliyinə nail olmaq vəzifəsi durur. Bu, çoxlarına qeyri-mümkün görünürdü. Hətta sovet dövründə respublikaya taxılı və əti kənardan gətirirdilər. Sən demə, işə bacarıqla girişəndə hər şey mümkün imiş. Dövlət, ilk növbədə, fermer təsərrüfatlarının təşəkkülünə şərait yaratdı, onlar güzəştli kreditlər aldılar. Bu, indidavam edir. Yanacaq xərclərinin bir qismi müvafiq fondlardan ödənilir. İkincisi, xarici sərmayədarlar üçün əlverişli investisiya şəraiti yaradılmışdır. Emal sənayesinə böyük diqqət yetirilirdi və yetirilməkdə davam edir. Məhsulu yetişdirmək azdır, onu qoruyub saxlamaqemal etmək lazımdır. Kənd təsərrüfatının infrastrukturuna xeyli sərmayə qoyulmuşdur. Nəticəni çox gözləmək lazım gəlmədi, bu barədə artıq danışdıq. Üstəlik, ilk növbədə, əyalətlərdə minlərlə yeri yaradılmışdır. Bu, çox kəskin işsizlik problemini bir qədər yumşaltmağa, əhalinin paytaxtdan əyalətlərə axışmasına imkan yaratmış, böyük sosialdemoqrafik effekt vermişdir".

Müəllif məqalədə azərbaycanlı qaçqınların sosial müdafiəsi mövzusuna da toxunur. Materialda deyilir: "Mənzil tikintisinə böyük diqqət yetirilir, axı, əhalinin mənzillə təmin edilməsi problemi mövcuddur. Bu halda, onu da nəzərə almaq lazımdır ki, ölkədə yüz minlərlə qaçqın və daxili köçkün vardır. Bu, Dağlıq Qarabağ münaqişənin nəticəsidir. Mənzil almaq üçün aşağı faizlə, uzun müddət ərzində ödənilmək şərtilə ipoteka krediti verilir. Qaçqınlar üçün inkişaf etmiş sosial infrastruktura malik olan evlər və qəsəbələr tikilir. Prezident İlham Əliyev demişdir ki, bu işlərə yüz milyonlarla dollar xərclənir. Bundan əlavə, tikintiyə xarici kapital cəlb edilməsi üçün şərait yaradılmışdır. Sabitlik və sərmayələrin qorunması şəraitində əcnəbi investorlar bu sahəyə həvəslə pul qoyurlar. Üstəlik, tikintidə xərcin çıxarılma dövrü kifayət qədər qısadır".

Yuri Rayxel məqaləsində Azərbaycanın yollarından da söhbət açır: "Onlar Avropa yollarından heç nə ilə fərqlənmir. Hamar və rahatdır. Bu yollarda maşın sürmək adama ləzzət verir. Daha bir məsələ. Bakı küçələrinin hərəkət hissəsi də trassalar kimi hamardır. Səkilər tər-təmizdir, ağaclardan tökülən yarpaqları dərhal yığışdırırlar".

"Bəs Azərbaycanın uğurlarının səbəbi nədir?", - deyə soruşan müəllif, suala belə cavab verir: "Ən başlıcası odur ki, Azərbaycanda və qonşu Gürcüstanda əlverişli investisiya şəraiti yaratmaq mümkün olmuşdur. Pullar elə yerə yönəldilir ki, orada sakitlikpulun artırılması üçün şərait olsun. Kapital ürkəkdir, cüzi dəyişikliklər, qeyri-sabitlikya oyun qaydalarının dəyişməsi kapitalı oradan qaçmağa təhrik edir. Karbohidrogenlər böhrandan xilas olmağa təminat vermir. Bizim fikrimizcə, heçaz əhəmiyyətli olmayan ikinci səbəb - istehsalçını deyil, istehlakçını, ilk növbədə, daxili istehlakçını stimullaşdırmaqdır. Məhz bu məqam Azərbaycanın praktiki olaraq böhranı hiss etməməsinə imkan vermişdir. Xarici bazarın daralması daxili bazarın genişlənməsi hesabına uğurla kompensasiya edilmişdir".

Ukraynalı jurnalistin məqaləsi bu sözlərlə bitir: "Biz Avropaya getmək istəyirik. Bu, yaxşı və gərəkli işdir. Lakin bu yolda Şərqdə olan imkanlara etinasız qalmağa dəyərmi? Dost Azərbaycanın nümunəsi göstərir ki, orada bizim və hamımızın xeyrinə olan çox şeyi əxz etmək olar".

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2010.- 5 noyabr.- S. 3.