Sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla reallaşdırılır

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun Yeni Azərbaycan Partiyasının saytına müsahibəsi

 

- Səlim müəllim, ölkəmizin dinamik sosial-iqtisadi inkişafı uğurla davam etməkdədir. Bu baxımdan Azərbaycanın sığorta-pensiya sisteminin cari ilin ötən dövrü ərzində inkişafını necə xarakterizə edərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gercəkləşdirdiyi iqtisadiyyatın dinamik inkişafı siyasəti ölkə vətəndaşlarının yaşayış səviyyəsinin ardıcıl olaraq yüksəldilməsini təmin etmişdir. Ölkəmizdə müasir standartlara cavab verən strateji xəttin uğurla reallaşdırılması həyatımızın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində öz bəhrələrini verməkdədir. Qlobal maliyyə böhranının davam etdiyi, əksər ölkələrdə sosial göstəricilərin aşağı düşdüyü 2010-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 11,1 faiz artmışdır. Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2010-ci ilin yanvar-sentyabr aylarında uğurla davam etdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilin yanvar-sentyabr aylarında gəlirləri 1275,1 mln. manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 127,9 mln. manatya 11,1 faiz çoxdur. 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faizya 27,7 mln. manat artaraq 776,7 mln. manat təşkil etmişdir. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 317,4 mln. manat olmuşdur. 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faiziya 459,3 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Həmin təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faizya 33,5 mln. manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 18,2 mln. manat təşkil etmişdir. Torpaq pay mülkiyyətçilərinin sosial sığorta haqları üzrə ödənişlərində artım 46,5 faiz olmuşdur. 2010-cu ilin yanvar-sentyabr aylarında fondun xərcləri 1267,2 mln. manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,8 mln. manatya 4,8 faiz çoxdur. Bu vəsaitin 1226,8 mln. manatı pensiya və müavinətlərə yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 57,2 mln. manatya 4,9 faiz çoxdur. Əhaliyə ödənişlər üzrə xərclərin 97,2 faiziniya 1192,4 mln. manatını pensiya xərcləri təşkil etmişdir. Operativ məlumatlara əsasən, Azərbaycanda 01 oktyabr 2010-cu il tarixə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfər təşkil edir. Onlardan 512 min nəfəri kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 min nəfərdir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97,6 faizinin pensiyaları plastik kartlarla ödənilir. Cari ilin yanvar-sentyabr ayları ərzində kəndlərdə plastik kartla pensiya alanların sayı 7803 nəfər artmışdır. Hesabat dövründə fond tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 min nəfərə yüksəlib. Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni, 1 milyon 287 min nəfər pensiyaçı və 1 milyon 760 min nəfərdən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır. Hazırda ödənilmiş sosial sığorta haqları barədə fərdi bəyannamələrin qəbulu işi sürətlə davam etdirilir. Perspektivdə pensiyaların mərkəzləşdirilmiş şəkildə avtomatlaşdırılmış təyinatı prosesinə keçmək üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla yerinə yetirilir. Məlum olduğu kimi, bu il Azərbaycan Respublikasında qurulan müasir sığorta-pensiya sistemi daha bir beynəlxalq uğura imza atmışdır. 2010-cu il martın 3-5-də Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunmuş və Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəxri fərmanı ilə təltif edilmişdir.

- Təbii ki, pensiyaçıları daha çox maraqlandıran maliyyə nəticələrinin pensiya ödənişlərinə, başqa sözlə, pensiya məbləğinə təsiridir. Bu barədə bir qədər ətraflı məlumat verməyiniz çox maraqlı olardı. O cümlədən, 2011-ci ildə fondun gəlirləri və buna uyğun xərcləri hansı səviyyədə nəzərdə tutulur?

- Azərbaycan Respublikasının icmal büdcəsinin mühüm tərkib hissəsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsidir. Təbii ki, həmin büdcə vasitəsilə pensiya və müavinətlər şəklində əhaliyə ödənişlərin səviyyəsi büdcənin gəlirlərindən asılıdır. Yeni sistem fəaliyyətə başladığı 2006-cı illə 2011-ci ilin proqnozlaşdırılan göstəricilərini müqayisə etsək, ölkədə orta aylıq əməkhaqqının artımı 2,6 dəfə olduğu halda, sosial sığorta daxilolmalarında artımın 3,1 dəfə təşkil etdiyini görərik. Baxmayaraq ki, bu dövrdə sosial sığorta dərəcələrində heç bir artım yoxdur. Buna yeni yerlərinin açılması ilə bağlı qeydiyyatın artırılması, inzibati nəzarətin gücləndirilməsi və fərdi uçot səhəsində təbliğatın genişləndirilməsi nəticəsində nail olunmaqdadır. Təbii ki, gəlirlərdəki qeyd olunan artım birbaşa fondun xərclərində özünü göstərir. Bu dövr üzrə fondun xərclərinin artımı göstəricisi 3,6 dəfədir. Bu artımn 3,1 bəndi sosial sığorta haqlarının, 0,5 bəndi isə dövlət büdcəsi transfertinin payına düşür. Xüsusilə qeyd olunmalıdır ki, xərc artımında yürüdülən siyasət təkcə pensiyaçı kimi sistemə yeni qoşulanların maliyyələşdirilməsindən deyil, minimumorta aylıq pensiya məbləğlərinin dövrü artırılmasından da ibarətdir. Bunun nəticəsidir ki, əgər 2006-cı ilin 1 yanvar tarixinə əvəzetmə əmsalı yalnız 28 faiz idisə, bu göstərici hazırda 35 faizin üstündədir. Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunmuşdur. Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Belə ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Ukraynada 91,4 dollar, Rusiyada 90,2 dollar, Belarusda 81,1 dollar, Gürcüstanda 44,3 dollar, Ermənistanda 21,6 dollars. təşkil edir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdir. Xüsusilə qeyd etmək istərdim ki, əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır. Belə ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olmuşdur. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılmış, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının, yəni, 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi stajının hər ili üçün 170 manat məbləğin hesablanmasına keçilmişdir. Növbəti ildə pensiyaların orta aylıq məbləğinin təqribən 10 faizə yaxın artacağı proqnozlaşdırılır. Bu, əmək pensiyalarının sığorta hissəsinin inflyasiyadan qorunması məqsədilə indeksləşdirilməsi və yeni təyin olunan pensiyaların hesablanmasında yuxarıda göstərilən qaydaların tətbiqi nəticəsində minimum məbləğlərin aradan qalxması ilə bağlıdır.

- Son dövrlər bir sıra hallarda neft ixracından daxil olan vəsait hesabına pensiyaların sürətlə artırılması zəruriliyi, bəzən isə bir neçə dəfə artırılması mümkünlüyü barədə fikirlər səsləndirilir. Dövlət Sosial Müdafiə Fondunun sədri, həm də bir iqtisadçı-alim kimi bu fikirlərə münasibətiniz necədir?

- Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir. Ölkənin iqtisadiyyatının inkişafı, əhalinin pul gəlirlərinin artımı bazar iqtisadiyyatı qanunlarına söykənir. Eyni zamanda, dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi prinsiplərinə də sadiqdir və ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçirilən islahatlarla əhalinin sosial müdafiəsi tədbirlərinin uzlaşdırılması aydın bir konsepsiyadır. Bu konsepsiyanın əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşduronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsi ilə ölkəmizdə bazar iqtisadiyyatının qurulmasının təkmil modeli formalaşmışdır. Təbiidir ki, bazar iqtisadiyyatının sərt tələblərinin əhalinin həyat səviyyəsinə təsirini tənzimləmək üçün tətbiq olunan sosial müdafiə tədbirləri içərisində pensiyaların artımı məsələsi xüsusi yer tutur. Bunu ölkənin əhalisinin aztəminatlı təbəqəsindən olan pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi üzrə yuxarıda sadaladığımız parametrlər bir daha təsdiqləyir. Doğrudur, Avropa ölkələri səviyyəsində daha yüksək pensiya təminatına nail olmaq hər birimizin arzusudur. Bu bizim əsas hədəfimizdir. Amma bununla yanaşı, qəbul etməliyik ki, biz bunun üçün ilk növbədə, həmin yüksək pensiya məbləğlərini verəcək pensiya sistemini formalaşdırmalı və inkişaf etdirməliyik. Bu sisemin isə öz qanunları, inkişaf prinsipləri var. Burada təkcə istəklərlə davranmaq mümkün olsaydı, nə biz, nə də bütün dünya ölkələri sərt bazar qanunlarına cavab verən sistemləri yaratmaq və prinsiplərini qorumaq məcburiyyətində qalmazdı. Bildiyiniz kimi, Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafı bazar iqtisadiyyatı prinsiplərinə dayanan beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq aparılır. Bütün baş verən dəyişikliklərin arxasında hesablamalar, proqnozlar durur. Bu tədqiqatlar özündə 3 blok üzrə parametrlərin qarşılıqlı təsirini birləşdirir: birincisi blok makroiqtisadi inkişaf göstəriciləridir ki, bura ölkə iqtisadiyyatında məşğul olanların sayı, orta aylıq əməkhaqqının məbləği və onun artım sürəti, inflyasiyanın sürəti və digər bu kimi göstəricilər daxildir. ikincisi demoqrafik göstəricilər blokudurbura pensiya sisteminə daxil olan və sistemdən xaric olanların sayının dəyişməsi, pensiyada olmanın orta müddəti və s. aid edilir. üçüncü blok isə bilavasitə sığorta-pensiya sistemində baş verən dəyişikliklər üzrə, yəni, pensiya yaşı, sosial sığorta dərəcələri, güzəştlər və s. məsələlərə aid göstrəricilərdir. Sığorta-pensiya sistemində qəbul olunan istənilən qərar bu 3 göstəricilər blokunun qarşılıqlı təsiri nəticələrinə görə təyin olunur. Məsələn, ölkədə qeyri-neft sektorunun inkişafına uyğun əməkhaqqı fondu, bunun ardınca ödənən sosial sığorta haqqı, bunun ardınca isə pensiyalar uzlaşdırılmış templərlə artmaqdadır. Burada dövlətin əsas vəzifəsi ilk növbədə, bu halqanı qurmaq, daha sonra isə onu bazarın mənfi təsirlərindən qorumaqdır. Qürur hissi ilə söyləyə bilərəm ki, ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi vasitəsilə buna tam nail olunubbu sistemlə real iqtisadiyyatın inkişafının pensiya məbləğlərinin artımı ilə uzlaşdırılması mexanizmi yaradılıb. Göstəricilərə diqqət yetirək: son 4 il ərzində qeyri-neft sektorunda artım 2,6 dəfə təşkil edib və əhalinin gəlirləri də 2,6 dəfə yüksəlib. Qeyd olunduğu kimi, pensiyanın minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Burada bizim əsas vəzifəmiz həmin halqanı və makroiqtisadi tarazlığı qorumaqla inkişaf etməkdir. Həm də bir cəhətə xüsusi fikir vermək lazımdır ki, pensiya sistemini ölkə iqtisadiyyatı ilə uzlaşdıran, başqa sözlə, tarazlığı şərtləndirən başlıca vasitə maliyyələşmənin sosial sığortalanma vasitəsilə qurulması məsələsidir. Bundan əlavə, əgər neft ixracından daxil olan vəsait və ya digər mənbə hesabına pensiya siseminə əlavə maliyyə dəstəyindən söhbət gedirsə, bu proses də idarəedilən olmalıdır. Ən azı ona görə ki, sosial təbəqəyə verilən hər hansı bir məbləğ heç vaxt azaldıla bilməz və artırılma istiqamətində davam etməlidir. Bu gün Azərbaycanın neft ixracından əldə etdiyi vəsait, bunun makroiqtisadi göstəricilərdən asılı olaraq kapitallaşdırılan və cari büdcəyə transfer edilən hissəsi hamıya bəllidir. Əgər dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin strukturuna diqqət yetirsək, görərik ki, dövlət büdcəsindən fondun büdcəsinə transfertin ayrılması hər il nəzərdə tutulur. Həmçinin pensiya sistemi ilə yanaşı, digər sahələr (qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial təminat xərcləri, təhsil, səhiyyə və s.) də xüsusi diqqətdə saxlanılır. Bütün bunlar tarazlı şəkildə idarə olunur. Əgər neft ixracından daxil olan vəsaiti kapitallaşdırmadan bir çox xərclərin, o cümlədən pensiya məbləğlərinin 2-3 dəfə artırılmasına yönəldəriksə, onda mən belə bir sual verirəm, gələcəkdə neftdən daxilolmalar azalmağa doğru gedərsə, biz pensiyaların məbləğini azaltmalıyıqmı? Buna görə də hamımızın arzu etdiyi məqsədlərə çatmaq üçün hədəflərin düzgün seçilməsi, tarazlaşdırılmış inkişaf prinsiplərinə riayət olunması çox vacibdir.

- Qeyd etdiklərinizdən aydın olur ki, iqtisadi məsələlər heç də səsləndiyi kimi sadə deyil. Sizin qənaətə görə, hazırkı mərhələdə pensiya sisteminin maliyyə dayanıqlığının artırılması, başqa sözlə, bu sahəyə yönəldilən vəsaitlərin çoxaldılması üçün hansı hədəfləri seçmək daha doğrudur?

- Sığorta-pensiya sisteminin əsas fəlsəfəsi kimi bazar iqtisadiyyatı imkanlarının pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmi çıxış edir. Məsələyə makroiqtisadi səviyyədə yanaşdıqda, bu, iqtisadiyyatdan sosial sığorta haqları şəklində toplanan vəsaitlərin yenidən pensiya ödənişləri kimi geri qaytarılması, yəni, əlavə mənfi fiksal təsirlər yaratmadan maliyyələşmələrin aparılması kimi özünü göstərir. Fərdi pensiyaçı səviyyəsində yanaşdıqda isə, bu, hər bir şəxsin pensiya şəklində alacağı vəsaitlərin ödənilən sosial sığorta haqları ilə əlaqələndirilməsidir ki, həmin mexanizm sığortaolunanların avtomatlaşdırılmış fərdi uçotu sisteminin təşkilində ifadə olunur. Ona görə də, əsas hədəf işləyənlərin yerlərində rəsmiləşdirilməsinə və əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alınan pensiya kapitallarını artırmaqdır. Əgər biz gələcəkdə pensiyaların sürətli artımını istəyiriksə, sistemin inkişafı üçün hər bir işləyən şəxs səy göstərməli, öz gələcək pensiya təminatında birbaşa rol oynamalıdır. Bəzən müəyyən fikirlər səsləndirilir ki, Avropa Birliyi ölkələrində sosial müdafiə xərclərinin ÜDM-ə nisbəti daha yüksəkdir. Amma digər bir məsələ - demoqrafik göstəricilər nəzərə alınmır, çünki bu ölkələrdə əhalinin tərkibində pensiyaçıların sayı xeyli çoxdur. Həmçinin pensiya sistemlərinin "gizli öhdəlikləri" üzə çıxmağa başlayır, çünki bu öhdəliklər sosial sığortalanmanın nəticəsidir və hər bir yüksək pensiyanın arxasında şəxsin topladığı yüksək pensiya kapitalı durur. Əks halda, süni şəkildə artımlar böyük problemlərə gətirib çıxarır. Məsələn, İtaliyada pensiya xərcləri 14 faizə çatıb, lakin iqtisadiyyat artıq pensiya yükünü çəkə bilmir. Fransa natamam pensiyalar üzrə verdiyi yaş imtiyazlarını da ləğv etmək məcburiyyətindədir və s. Doğrudur, hazırkı mərhələdə Azərbaycanda sosial müdafiə xərclərində dövlət transfertləri mühüm rol oynayır. Bu baxımdan sosial müdafiə xərclərinin ümumi daxili məhsula nisbətinə yalnız Dövlət Sosial Müdafiə Fondunun xərcləri baxımından yanaşmaq doğru olmazdı. Azərbaycanın başqa ölkələrlə müqayisədə vəziyyəti fərqlidir. Çünki Azərbaycanda böyük sayda qaçqın və məcburi köçkünlər var və onların ehtiyacları üçün kifayət qədər böyük məbləğlər ödənilir. Həmçinin dövlət büdcəsindən əhaliyə ödənən sosial yardım və müavinətlər də sosial xərclərin mühüm tərkib hissəsidir. Ümumilikdə baxdıqda, bu xərclərin ÜDM-ə nisbəti hər il yüksəlir və gələn il 6,8 faiz təşkil edəcəkdir. Müqayisə üçün bildirim ki, həmin göstərici 2006-cı ildə 4,7 faiz idi. Əsas odur ki, Azərbaycan Respublikasında bu məsələlər cənab Prezidentin tapşırığı ilə son dərəcə balanslaşdırılmış şəkildə aparılır. İlk öncə, ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinə əsasən xərclərin artım templəri müəyyənləşdirilir. Burada həm də demoqrafik göstəricilər rol oynayır. Lakin mən bir daha vurğulamağı zəruri hesab edirəm ki, bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. Bunun üçün isə həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması vacib şərtdir.

- Bir qədər də yaxın perspektivdə görüləcək işlər barədə məlumat verərdiniz.

- Hazırkı mərhələdə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun davam etdirilir. Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə aparılır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması üzrə proqram təminatı hazırlanaraq testdən keçirilmişpilot rayonlarda tətbiqinə başlanılmışdır. Dünya Bankı ilə birgə layihə çərçivəsində sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların aparılması işi təşkil olunur. Bu sahədə ABŞ TİA ilə birgə layihə uğurla icra edilir. Bizə ünvanlanan sualların bir çoxu qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlıdır. Dövlət proqramı ilə müəyyən olunmuş tədbirlər planına uyğun bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi aparılır. Qarşıdakı illər ərzində Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı gözlənilir. Bu, çox çətin prosesdir. Əgər bu fondlar yaradılarsa, onlar öz vəsaitlərini necə yerləşdirəcək və idarəetməni necə həyata keçirəcək, gəlir necə təmin olunacaq? Vəsait yerləşdirmək mümkün olmazsa, pensiya yaşı çatan şəxsə pensiya vermək üçün vəsaiti haradan alacaq? Bu sualların hamısına cavab tapılmalıdır. Bu fondlara ödənən vəsaitlərin təkrar sığortası məsələləri də xüsusi olaraq nəzərdə tutulmalıdır və s. Təbiidir ki, iqtisadi proseslərin hazırkı kontekstində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla icra edilməsi, pensiya və müavinətlərin tədricən artırılması və vaxtında maliyyələşdirilməsi ölkə hökumətinin ən vacib məsələlərindən biridir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin zəruri halqasıdır.

 

 

Azərbaycan.- 2010.- 5 noyabr.- S. 7.