"Türk Dünyası Riyaziyyat Cəmiyyətinin nəzəri və tətbiqi riyaziyyat jurnalı"nın ikinci nömrəsi nəşr olunmuşdur

 

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin nəzəri və tətbiqi riyaziyyat jurnalı"nın ikinci nömrəsi çapdan çıxmışdır.

Jurnalda Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya Federasiyası, ABŞ, İsveç, İran, Türkmənistan və digər ölkələrdən olan tanınmış riyaziyyatçı alimlərin - Ş.Ayupov (Özbəkistan), O.Brejneva (ABŞ), L.Beilina (İsveç), Q.Şabbir (Pakistan) və başqalarının nəzəri və tətbiqi riyaziyyat sahəsində aldıqları nəticələri əhatə edən məqalələri dərc edilmişdir.

Baş redaktoru Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin nəzəri və tətbiqi riyaziyyat jurnalı" artıq Fransada Elmi Jurnalların Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçmişidentifikasiya nömrəsi (İSSN 2076-2585) almışdır. Xatırladaq ki, bu jurnalın birinci nömrəsi 2010-cu il aprelin 8-də işıq üzü görmüşdür.

 

 

Azərbaycan.- 2010.- 5 noyabr.- S. 12.