Respublika əhalisinə göstərilən
tibbi xidmətlərin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
əhalisinin sağlamlığının
qorunması ilə bağlı görülən
tədbirlər çərçivəsində
Ağdaş və Şəki şəhərlərində
inşa olunan 100 çarpayılıq xəstəxanaların
tikintisinin sürətləndirilməsi
məqsədilə qərara
alıram:
1. Ağdaş
və Şəki şəhərlərində inşa
olunan 100 çarpayılıq
xəstəxanaların tikintisinin
sürətləndirilməsi üçün 2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə 2,0 (iki) milyon manat
(hər bir xəstəxana üçün
1,0 milyon manat) vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini
müəyyən olunmuş
qaydada həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 noyabr 2010-cu il
Azərbaycan.- 2010.-6 noyabr.- S. , 1.