Niderlandda Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısı keçirilmişdir

 

Noyabrın 4-5-də Niderlandın paytaxtı Amsterdamda Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısı keçirilmişdir.

Konfransı açan Niderland təhsil, mədəniyyət ve elm naziri Marjan Hammersma medianın özünütənzimləməsini önəmli cəhət kimi vurğulamış, milli mətbuat şuralarının bu istiqamətdəki rolunu yüksək qiymətləndirmişdir. Toplantıda 30-dan çox ölkənin hesabatı dinlənilmiş, şuraların fəaliyyətindəki oxşar və fərqli cəhətlər nəzərdən keçirilmişdir.

Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat vermişdir.

Toplantının ikinci günü Mətbuat şuralarının internetlə, facebookla bağlı vəzifələrinə dair məsələlər müzakirə olunmuşdur.

Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı Firudin Ağazadə də iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 noyabr.- S. 5.