Teleradio işçiləri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişlər

 

6 noyabr - milli televiziyamızın inkişaf tarixində önəmli yeri olan Azərbaycan Teleradiosu işçilərinin peşə bayramı günüdür.

Əlamətdar gün münasibətilə \"Azərbaycan Televiziya Radio Verilişləri\" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Şəhidlər xiyabanında Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

Teleradio əməkdaşları həmçinin burada uyuyan şəhid həmkarları Alı Mustafayev, Fəxrəddin Şahbazov Çingiz Mustafayevin xatirəsinə ehtiramlarını bildirmişlər.

 

Azərbaycan.- 2010.- 6 noyabr.- S.5.