Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri zati-aliləri cənab Raul Kastro Rusa

 

Hörmətli cənab Sədr!

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Kuba xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 1.