Ziyalılıq nümunəsi

 

Bir qayda olaraq alimlərin yubileyləri ilə əlaqədar çap edilən yazılarda onların neçə məqalə, dərslik, monoqrafiya müəllifi olduqları, yaxud da aldıqları mükafatlar, hansı vəzifələrdə çalışdıqları barədə geniş məlumatlar verilir. Təbii ki, həmin faktlar da vacibdir. Amma alimin böyüklüyü ilk növbədə, onun intellekti, hazırladığı kadrlar, elmə verdiyi töhfələrlə müəyyən olunur.

Bu baxımdan hüquq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin baş elmi işçisi Mirağa Əşrəf oğlu Cəfərquliyev daim axtarışda olan xoşməramlı alimdir. M.Cəfərquliyevin dəst-xəttinin sirri onun çevik və dərin məntiqindədir, hadisələrə obyektiv yanaşmasında və konstruktiv ümumiləşdirilmələrindədir.

Bu günlərdə Mirağa müəllimin 70 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, həm AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun Elmi Şurasında, həm də 30 ildən yuxarı üzvü olduğu Dissertasiya Müdafiə Şurasında keçdiyi həyat yoluna və yazıb-yaratdığı elmi əsərlərə respublikanın tanınmış alimləri və ərsəyə çatdırdığı aspirantları tərəfindən nəzər salınmış, iştirakçılar onu səmimi qəlbdən təbrik edib alimə elmi yaradıcılıqda yeni zirvələri fəth etməyi arzulamışlar.

Üçüncü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general mayoru) Mirağa Cəfərquliyev prokurorluq orqanlarında yüzlərlə prokurorluq işçisinə rəhbərlik etdiyiya Milli Məclisin deputatı olduğu dövrlərdə onun ətrafında olan insanların yaddaşına ali zabit mundirinin şərəfini qoruyan, qanunçuluğun keşiyində duran general kimi, hər zaman insanların mənafeyini, dövlətin maraqlarını gözləyən millət vəkili kimi həkk olunmuşdur. Mirağa müəllim ilk növbədə, unikal alimdir. Onun unikallığı elmdə nümayiş etdirdiyi "cəsarət", yeniliklərə hər zaman açıq olması və rəhbərlik etdiyi aspirantdissertantlara geniş iradə azadlığı verməsindədir.

Azərbaycanın cinayət hüququ və cinayət-prosessual hüququ sahəsində bir sıra görkəmli ailmlərin adlarını çəkmək olar. Lakin onlardan çox az hissəsi öz bilik və savadını yüksək zirvəyə çatdırmaqla yanaşı, özünün elmi məktəbini yaratmağa nail olmuşdur. Mirağa müəllim həmin alimlərdəndir ki, daim öz üzərində işləməklə yanaşı, onun adı və imzası ilə elm dünyasına addım atan gənc kadrların hazırlığına böyük həssaslıqla yanaşır. Bu həssaslıq aspirant və dissertantların elmi rəhbərliyinə razılıq verilməsi mərhələsindən başlayır və onların bütün sonrakı fəaliyyətləri, elmi karyeraları boyu davam edir.

Görkəmli alim 1 hüquq elmləri doktorunun və 6 hüquq üzrə fəlsəfə doktorunun elmi rəhbəri olmuş, 5 aspirant və dissertantının işi müdafiəyə təqdim edilmişdir. Hazırda 7 nəfərdən çox aspirant və doktorantın elmi işlərinə rəhbərlik edir. Mirağa müəllim öz yetirmələrinə hörmətlə, həm də böyük tələbkarlıqla yanaşır. Ona görə də bu alimin rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar özlərinin yüksək elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə seçilmişdir. O, elmi fəaliyyəti müddətində neçə-neçə doktorluq dissertasiyasının məsləhətçisi, onların yüksək səviyyədə yazılmasının ilhamçısı olmuşdur. Bütün bunlar deməyə əsas verir ki, istedadlı, yüksək ixtisaslı hüquqşünas kadrların yetişdirilməsində M.Cəfərquliyevin xidmətləri danılmazdır.

Mirağa müəllim yüzlərlə məqalə, onlarla monoqrafiya, dərs və metodik vəsaitin müəllifidir. Görkəmli alimin milli cinayət-prosessual hüquqa bəxş etdiyi ən dəyərli töhfəsi "Azərbaycan Respublikasının cinayət prosesi" dərsliyidir. Bu kitab ölkəmiz müstəqillik əldə etdikdən və yeni cinayət-prosessual qanunvericiliyin qüvvəyə minməsindən sonra yazılmış və cinayət-prosessual hüququn həm ümumi, həm də xüsusi hissələrini əhatə edən ilk və hələlik ki yeganə bir kitabdır. Bu nəşr sadə kurs işlərindən başlayaraq həm respublikada, həm də xarici dövlətlərdə mürəkkəb və fundamental elmi-tədqiqat işləri üçün mütləq və əvəzedilməz istinad mənbəyidir. M.Cəfərquliyev həmin dərsliyi daim təkmilləşdirməklə məşğuldur. Dərslik ilk dəfə 2001-ci ildə iki cilddə işıq üzü görmüş, 2002-ci və 2005-ci illərdə yenilənmiş redaksiyada və 2008-ci ildə təkmilləşdirilərək əlavə və dəyişikliklərlə üçüncü dəfə çap edilmişdir. Cinayət-prosessual hüququn 20 təməl fəslini əhatə etməklə bu dərslik təkcə ali hüquq təhsili verən universitetlərin hüquq fakültələrinin tələbələri və həmin fənni tədris edən müəllimlər üçün deyil, həm də elmi tədqiqatçılar, ibtidai araşdırma və məhkəmə orqanlarının işçiləri, vəkillər və ümumiyyətlə, respublikanın hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.

Onun digər fundamental işləri sırasında "Xarici dövlətlərdə cinayət mühakimə icraatının dili. Metodik tövsiyələr" (Əzık uqolovnoqo sudoproizvodstva v zarubejnıx stranax. Metodiçeskie rekomendaüii, Baku, 1990), "Milli dilhüquq" (Naüionalğnıy əzık i pravo, Baku: Qəndjlik, 1990), görkəmli prosessualist alim Q.M.Minkovskinin elmi redaktorluğu ilə yazılmış "Mühakimə icraatında milli dil problemləri" (Problemı naüionalğnoqo əzıka v sudoproizvodstve, Baku: Azerneşr, 1989) kimi əsərlərini göstərmək olar.

Görkəmli hüquqşünas alimin elmi redaktorluq fəaliyyəti də diqqəti cəlb edir. O, vaxtilə hüquq elmləri doktoru Xanlar Ələkbərovun "Cinayətkarlıqla kompromisə yol verən cinayət-hüquqi normaların sonrakı təkmilləşdirilmə problemləri" (Problemı dalğneyşeqo soverşenstvovaniə uqolovno-pravovıx norm, dopuskaöhix kompromiss s prestupnostğö, Baku: Glm, 1992), "Cinayət qanununun cinayətkarlıqla mübarizədə kompromisə yol verən normalarının növləri" (Vidı norm uqolovnoqo zakonodatelğstva, dopuskaöhix kompromiss v borğbe s prestupnostğö, Baku: Elm, 1992), hüquq elmləri doktoru İsaxan Vəliyevin "Qəsd obyektinin əlamətlərinə görə tövsif zamanı qanunçuluğun təmin edilməsi problemləri" (Problemı obespeçeniə zakonnosti pri kvalifikaüii prestupleniy po priznakam obcekta posəqatelğstva, Baku, 1992), hüquq elmləri doktoru Midhəd Qəfərovun "Azərbaycan Respublikasının cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti: nəzəri və təcrübi məsələlər" (Bakı: Qanun, 2008) kimi əsərlərinin elmi redaktoru olmuşdur.

Mirağa müəllimin fəaliyyəti geniş və zəngindir. Qeyri-adi duyumuna, gözlənilməz proqnozlarına, heyrətamiz fəhminə görə minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış bu insan böyük ziyalıdır. Bu o deməkdir ki, Mirağa Cəfərquliyev aydın və işıqlı bir şəxsiyyətdir. Onun insanlara bəxş etdiyi işıq mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin ucalığından, ən əsası, siqlətinin bütövlüyündən qidalanır. Mirağa müəllimin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, xalqa, elmə, yüksək amallara sərf edilmiş şüurlu həyatından xəbər verir. Bu gün biz görkəmli alimin həyat və yaradıcılığına nəzər saldıqca onun həm nəcib bir insan, görkəmli bir alim, vətənini, xalqını, elini dərin məhəbbətlə sevən bir vətəndaş olduğunu görürük.

 

 

Fərdin XƏLİLOV,

AMEA-nın Cinayət hüququ və cinayət prosesi şöbəsinin

elmi işçisi, hüquq üzrə

fəlsəfə doktoru

 

Şöhlət KƏRİMOV,

Milli Aviasiya

Akademiyasının

Hüquqşünaslıq kafedrasının dosenti, hüquq üzrə

fəlsəfə doktoru

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 7.