Azərbaycan Prezidenti
İlham Əliyev MDB İcraiyyə Komitəsinin
icraçı katibi Sergey
Lebedevi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevi qəbul etmişdir.
MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün MDB-dən 352 nəfərdən ibarət müşahidəçilər missiyasının ölkəmizə gəldiyini vurğulayaraq missiya üzvlərinin Azərbaycanın müxtəlif regionlarında üç mindən artıq məntəqədə seçkiyə hazırlıq məsələləri və seçki prosesinin gedişi ilə yaxından tanış olduqlarını bildirdi. Sergey Lebedev MDB müşahidəçilər missiyasının üzvlərinin Azərbaycanın şəhər və rayonlarının simasının necə dəyişdiyini və yerlərdə insanların yüksək əhvali-ruhiyyədə olmalarını müşahidə etdiklərini qeyd etdi.
Dövlətimizin başçısı MDB dövlətlərindən
olan müşahidəçilər
missiyasının üzvlərinin həm seçkilərə
hazırlıq prosesini, həm seçkilərin
gedişini müşahidə etmələrindən,
həmçinin onların Azərbaycanın regionlarında gedən
inkişaf prosesləri ilə
yaxından tanış olmalarından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev seçki prosesinin daha da təkmilləşdirilməsi,
hər bir namizəd üçün
bərabər şəraitin yaradılması və
seçkilərin şəffaflığının təmin
edilməsi ilə bağlı ölkəmizdə bütün lazımi addımların
atıldığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 9 noyabr.- S. 3.