Azərbaycan Prezidenti İlham Əliyev İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycanla İraq arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini, bir-birinə daim qarşılıqlı dəstək verdiyini qeyd edən Prezident İlham Əliyev bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı bu sahədə əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanların olduğunu dedibu imkanlardan səmərəli istifadə etməyin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrimizin irəli aparılmasında qonağın ölkəmizə səfərinin mühüm rol oynayacağını dedi. Dövlət başçısı İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin ölkəmizdə keçirəcəyi çoxsaylı görüşlər barədə məlumatlı olduğunu bildirərək, bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi İraq Prezidenti Cəlal Talabaninin və İraqın Baş naziri Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbrik etdi. İraqın ticarət naziri Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı İraq Prezidenti Cəlal TalabanininBaş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraq Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 3.