Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans başa çatmışdır

 

Noyabrın 8-də Bakıda işə başlayan "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans noyabrın 10-da başa çatmışdır.

AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun birgə təşkil etdiyi tədbir Azərbaycanda radiasiya kimyası elminin banisi, görkəmli alim-pedaqoq Mirkazım Məlikzadənin anadan olmasının 100 illiyinə həsr olunmuşdur.

Rusiya, İran, Özbəkistan, Pakistan, Koreya Respublikası və digər ölkələrin alimlərinin iştirak etdiyi konfransda

10 bölmə iclasında mövzuya dair 50-dən çox məruzə dinlənilmişdir.

Tədbir çərçivəsində "Azərbaycanda nüvə elmlərinin durumu və perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Konfransın materialları toplu şəklində çap olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 5.