Beynəlxalq elmi-praktik
teatr konfransı davam edir
Bakıda keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda beynəlxalq elmi-praktik teatr konfransı noyabrın 10-da işini bölmə iclası ilə davam etdirmişdir.
İclasda Litva, ABŞ, Böyük Britaniya, Azərbaycan, Çin, İran, Türkiyə, Almaniya, Yunanıstan, Rusiya, İsveçrə və digər ölkələri təmsil edən tanınmış teatrşünaslar çıxış etmişlər.
Tədbirdə teatr rəssamlığı, aktyorun geyim qaydası, müasir tamaşaçını düşündürən məsələlər, səhnə tərtibatı, teatrla bağlı dünyada mövcud qaydalar və s. mövzular ətrafında müzakirələr aparılmışdır.
Konfransın işini yüksək qiymətləndirən şair və teatrşünas Devid Pərri (Böyük Britaniya) AzərTAc-a müsahibəsində demişdir : "Bakıda belə bir konfransın təşkil olunmasına çox sevinirik. Biz burada fikir mübadiləsi apara bilirik. Mirzə Fətəli Axundov, Nəsimi haqqında bildiklərim mənə Azərbaycan ədəbiyyatını və poeziyasını daha dərindən öyrənməyə sövq edir".
Azərbaycan.- 2010.- 11 noyabr.- S. 6.