Azərbaycan Prezidenti
İlham Əliyevin adından Təzəpir
məscidində Milli Qəhrəman Mübariz İbrahimov və
baş leytenant Fərid
Əhmədovun xatirəsinə ehsan mərasimi
keçirilmişdir
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Təzəpir məscidində şəhid oğullarımız - Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin və öz adından şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onların ruhlarını yad etmişdir. Şeyxülislam A.Paşazadə şəhidlərə, onların ailələrinə dövlət qayğısının, müqəddəs ruhlarına dərin ehtiramın böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və bu sahədə Prezident İlham Əliyevin səylərini yüksək dəyərləndirmişdir.
Tədbirdə iştirak edən daxili işlər, müdafiə nazirliklərinin, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərin yaxınlarına və qohumlarına başsağlığı vermişlər.
Mərasimə toplaşanlar adından çıxış edən ağsaqqal Fəttah Heydərov şəhidlər haqqında ürək sözlərini söyləmiş, onların valideynlərinə başsağlığı vermişdir.
İştirakçılar
şəhidlərin mübarək məzarlarını ziyarət
etmişlər. Sonra ehsan mərasimi davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 12 noyabr.- S. 5.