Prezident İlham Əliyev
Horadiz Olimpiya İdman Kompleksinin
açılışında iştirak etmişdir
Xəbər verdiyimiz
kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
noyabrın 11-də Horadiz Olimpiya İdman Kompleksinin
açılış mərasimində iştirak etmişdir.
Dövlət
başçısı açılışı bildirən
lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə
tanış oldu.
Foyedə ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin
idmanın inkişafına və idmançılara diqqət və
qayğısını əks etdirən foto- stend
yaradılmışdır.
Məlumat verildi ki,
tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks
5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana,
basketbol və voleybol meydançası, 500 yerlik zal, tennis
kortu, 1860 tamaşaçı yeri olan futbol meydançası,
avtomobil dayanacağı vardır. Olimpiya-İdman Kompleksinə,
həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və
masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və
yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı,
su çəni qülləsi, elektrik yarımstansiyası da
inşa olunmuşdur. Ərazidə abadlıq işləri
aparılmış, yaşıllıq zolağı
salınmışdır.
Prezident İlham Əliyev
yaradılmış şəraiti yüksək qiymətləndirdi,
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.-13 noyabr.- S. 1.