Ağdamın Quzanlı qəsəbəsində
ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət
Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlmişdir.
Azərbaycan dövlətinin hərtərəfli dəstəyi ilə Ağdam rayonunda istehsalın həcmi artır, əhalinin həyat şəraitinin yaxşılaşması üçün ardıcıl kompleks tədbirlər həyata keçirilir. Cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 dəfədən çox investisiya yönəldilmişdir. Rayonda tikinti-quraşdırma işləri ilbəil genişlənir, abadlıq və yaşıllaşdırma tədbirləri görülür. Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. Ağdamın işğal edilməmiş ərazilərində əhali üçün fərdi evlərin tikintisi diqqətdə saxlanılır. İnfrastrukturun müasirləşdirilməsi və əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. İlin əvvəlindən bəri rayonda 413 yeni iş yeri açılmış, 715 nəfər mövsümi işlərə cəlb edilmişdir.
Dövlət başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
AzərTAc
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 3.