"Azərbaycan Respublikası
hökuməti və Finlandiya
Respublikası hökuməti arasında gömrük
işi sahəsində əməkdaşlıq
və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Finlandiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2010-cu il mayın 11-də Helsinki şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 5.