"Azərbaycan Respublikası
hökuməti və Avropa Birliyi
arasında hava xidmətlərinin müəyyən
aspektlərinə dair" Sazişin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Avropa Birliyi arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair" 2009-cu il iyulun 7-də Strasburq şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 5.