"Gömrük
orqanlarına xidmətə qəbul ilə əlaqədar
müsabiqənin keçirilməsi Qaydası"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasının 1999-cu il
7 dekabr tarixli 768-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Gömrük
orqanlarında xidmət
haqqında" Əsasnamə"yə
əlavələr və
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il
22 iyun tarixli 1046-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 298 nömrəli fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
"Gömrük orqanlarına
xidmətə qəbul
ilə əlaqədar
müsabiqənin keçirilməsi
Qaydası" təsdiq
edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 13 noyabr.-
S. 5.