2008-ci il
oktyabrın 10-da Bişkek şəhərində
Azərbaycan Respublikası tərəfindən qeyd-şərt
ilə imzalanmış "Dövlət tərəfindən
mühafizə olunmalı şəxslərin təhlükəsizliyinin
təmin edilməsi sahəsində Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2008-ci il oktyabrın 10-da Bişkek şəhərində
Azərbaycan Respublikası
tərəfindən qeyd-şərt
ilə imzalanmış
"Dövlət tərəfindən
mühafizə olunmalı
şəxslərin təhlükəsizliyinin
təmin edilməsi sahəsində Müstəqil
Dövlətlər Birliyinin
iştirakçısı olan
dövlətlərin qarşılıqlı
fəaliyyəti haqqında
Saziş" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidmətinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Müstəqil
Dövlətlər Birliyinin
İcraiyyə Komitəsini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 5.