2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər NazirliyiRusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol"un təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-13 noyabr.- S. 5.