Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşmüşdür

 

Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşmüşdür.

Görüşdə Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirdi. Qonaq Azərbaycanın gözəl ölkə olduğunu vurğulayaraq xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdi.

Mehriban xanım Əliyeva Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savahı Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi. Qonağın ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edən Mehriban xanım Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsi sədrinə Azərbaycan və xalqımız barədə dediyi xoş sözlərə görə təşəkkür etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-13 noyabr.- S. 6.