Dünya miqyasında tanınan ali təhsil ocağı

 

 1920-ci ildə fəaliyyətə başlayan Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) AvropaAsiyada neft, qazneft-kimya sənayesi sahələri üçün yüksək ixtisaslı mühəndis və elmi kadrlar hazırlayan ilk ali texniki təhsil ocağı olmuşdur. Hazırda ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ayrı-ayrı fakültələri əsasında təşkil edilmişdir. Yarandığı gündən ADNA neft-qazneft-kimya sənaye sahələri üçün yüksək ixtisaslı mühəndis və elmi kadrların hazırlanması istiqamətində uğurla fəaliyyət göstərmiş, təhsil prosesinin, elmi-tədqiqat işlərinin keyfiyyət göstəriciləri üzrə nailiyyətlər qazanaraq keçmiş ittifaqın tanınmış qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir.

Bu gün respublikada ali məktəblərə test üsulu ilə tələbə qəbulu hələ 1979-cu ildə ADNA-da eksperiment şəklində bir fakültədə tətbiq edilmiş və sonrakı illərdə bu sistem bütün fakültələrdə reallaşdırılmışdır. 1982-ci il avqustun 2-də ümummilli lider Heydər Əliyev ADNA-da olmuş, hesablama maşınları vasitəsilə qəbul imtahanlarının təşkilini nəzərdən keçirmiş, ətraflı tanışlıqdan sonra "bütün bölmələri sərbəst və ahəngdar işləyən NeftKimya İnstitutunun təcrübəsi Azərbaycanın istisnasız olaraq bütün ali məktəblərində ən geniş miqyasda tətbiq edilməlidir" sözlərini demiş və məsələnin operativ həlli üçün aliorta ixtisas təhsili nazirinə göstəriş vermişdir.

Ötən əsrin 70-ci illərindən başlayaraq mütəxəssis hazırlığının keyfiyyətinin artırılması istiqamətində işlərin görülməsinə xüsusi nəzarət yetirilmiş, Tədris-Metodiki Şurasının nəzdində mütəxəssis hazırlığının keyfiyyətinin kompleks artırılması komissiyasının fəaliyyətinə rəvac verilmişdir. Bu istiqamətdə əldə edilmiş nailiyyətlər nəticəsində 1982-ci ildə keçmiş Sovetlər İttifaqı hökuməti tərəfindən "Mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasında kompleks sistemin tətbiqi üzrə Azərbaycan NeftKimya İnstitutunun təcrübəsi bəyənilsin və ittifaqın bütün ali məktəblərində geniş tətbiq olunsun" qərarı çıxarılmışdır.

1972-ci ildə hökumətin qərarı ilə SSRİ-nin Neft, Qaz, Geologiya, Neft Emalı Sənayesi nazirliklərinin müəssisə və təşkilatlarının məsul işçiləri üçün ittifaqda yeganə fəaliyyət göstərən sənaye istehsalatının təşkilatçıları fakültəsi bu ali məktəbdə təşkil olunmuşdur.

Qeyd etmək lazımdır ki, SSRİ dövründə neft-qaz sənaye sahələri üçün mütəxəssis hazırlığı aparan 7 aliqeyri-profilli ali məktəblərin nəzdində 42 fakültə fəaliyyət göstərirdi. Bu ali məktəblərdə və fakültələrdə mütəxəssis hazırlığının keyfiyyətinə elmi-metodiki nəzarət ittifaqın AliOrta İxtisas Təhsili Nazirliyinin tabeliyində olan Neft-Qaz üzrə Ali Təhsilin Tədris-Metodiki Şurası rəhbərlik edirdi. 1970-ci illərdən başlayaraq 1980-ci illərin sonunadək həmin şuraya rəhbərlik ADNA-ya həvalə edilmişdir.

 

1985-ci ildə artıq beynəlxalq təhsil sistemində tətbiq olunan fənlərin tədrisi üçün yeni texnologiyanın tətbiqinin vacibliyi qarşıya qoyuldubu məqsədlə "Fənnin tədris-metodiki kompleksi" (FTMK) adlanan sənədin hazırlanması kafedralara tapşırıldı. FTMK-da fənn üzrə mühazirənin əsas müddəaları və məzmunu, fənnin mənimsənilməsi üçün ədəbiyyat, texniki və əyani vəsaitlərdən istifadənin ardıcıllığı, cari yoxlama və sərbəst işləmək üçün tapşırıqlar göstərilirdi. Laboratoriya, məşğələ dərsləri üçün metodiki göstəriş, cari biliyin yoxlanılması, tələbənin sərbəst işləməsi üçün tapşırıq, səhifə və paraqraf qeyd olunmaqla ədəbiyyat da verilirdi. Eyni zamanda kurs layihəsi (işləri) üçün də FTMK tərtib edilmişdir. Bütün bunları nəzərə alıb demək olar ki, FTMK hazırda Bolonya təhsil sistemində fənni öyrədən müəllim ilə onu öyrənən tələbə arasında kommunikasiya vasitəsi rolunu oynayan "Sillabus" sənədi ilə eyni mahiyyət kəsb edirdi.

1986-cı ildə ittifaqın Qaz Sənayesi ilə respublikanın aliorta ixtisas təhsili nazirlərinin birgə əmri əsasında SSRİ-də və o cümlədən respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq Azərbaycan NeftKimya İnstitutu ilə "Xəzərdənizneftqaz" Ümumittifaq İstehsalat Birliyi arasında tədris-elmi-istehsalat kompleksi yaradıldı. Kompleksdə institutun 31 kafedrası, 12 problem laboratoriyası və 700-ə yaxın əməkdaşı fəaliyyət göstərirdi. 1988-ci ildə ittifaqın "Gəmiqayırma Sənayesi" ilə respublikanın AliOrta İxtisas Təhsili nazirliklərinin birgə əmri ilə "NORD" ikinci tədris-elmi-istehsalat kompleksi fəaliyyətə başladı. Azərbaycanın Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya və 1995-ci ildə İdarəetmə Proseslərinin Avtomatlaşdırılması adlı elmi-tədqiqat institutları yaradıldı və onlar indi də fəaliyyət göstərirlər. Nazirlər Kabinetinin qərarı ilə 1996-cı ildə respublika Xalq Təsərrüfatının Rəhbər İşçiləri və Mütəxəssislərinin İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu ADNA-nın tərkibinə daxil edildi və 1999-cu ildən institut Sənaye Müəssisələri İşçilərinin İxtisasının Artırılması və Yenidən Hazırlanması adlandırılır.

1999-2000-ci tədris ilindən başlayaraq ADNA-da eksperimental baza təhsil proqramı üzrə tələbələrin biliyinin 100 ballı sistemlə qiymətləndirilməsi istiqamətində xeyli görülmüşdü. ADNA-da tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sisteminin tətbiqi ilə bakalavr hazırlığında metodiki göstərişlər, tələbələr üçün yaddaş kitabçaları hazırlanmış, seminar-məşğələlər təşkil edilmiş və hər bir tələbəyə semestr ərzində tələbələrin dərslərə davamiyyəti və keçilən dərslər üzrə fənn proqramlarının mənimsəmə göstəricilərinə özünənəzarət qrafiki verilmişdi. Bundan başqa, "ADNA-da təcrübələrin nəticələrinə görə balların hesablanmasının meyarları və metodikası" və "Buraxılış işinə görə balların hesablanması meyarları və metodikası" adlı kitabçalar hazırlanmışdı. ADNA-nın Elmi-Metodiki Şurası nəzdində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi üzrə xüsusi komissiyası yaradılmışdır. 2001-ci ilin noyabrdekabr aylarında Təhsil Nazirliyində keçirilən seminarda tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemin tətbiqi ilə bağlı Azərbaycan Dövlət Neft Akademiyasının təcrübəsi geniş müzakirə olunmuş və bəyənilmişdi.

ADNA-da ənənəvi olaraq semestr ərzində tədris edilən fənlər üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsini müəyyənləşdirən sessiyalararası yoxlamalar aparılır. Hazırda semestr ərzində tədris olunan fənlər üzrə işçi proqramların tələbələr tərəfindən mənimsənilməsi monitorinqi aparılır.

Ali məktəbdə fənlərin əsas və işçi proqramlarının ekspertizası keçirilir. Ekspertlər üçün yaddaş hazırlanmışdır. Bu işə ekspert kimi mütəxəssis hazırlığına sifarişçi olan sənaye, elmi təşkilat və müəssisələrin əməkdaşları da cəlb olunurlar.

ADNA-da professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün açıq dərslərin keçirilməsi geniş tətbiq olunur. 1999-cu ildən başlayaraq kafedra müdirinin, fakültənin metodik qrup rəhbərinin və fakültə dekanının iştirakı ilə

150-ə qədər açıq mühazirə dərsləri aparılmışdır. ADNA-da açıq dərslərin keçirilməsi nəticəsində mühazirəçinin pedaqoji-peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi metodikası hazırlanmışdır. Mühazirənin nəticəsi 100 ballı sistemlə qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, respublikada dövlət ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq kredit sisteminin tətbiqi ilə bakalavrların və magistrlərin hazırlığına ADNA-da başlanılmışdır. 1998-ci ildən ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə ADNA-nın "Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi" MBA proqramı üzrə magistr və 2001-ci ildən isə bakalavr hazırlığına start verilmişdir. 2001-ci ildən Almaniya Federativ Respublikasının Zigen Universiteti ilə "Yeni texnologiyalar proqramı" üzrə bakalavr hazırlanmasına başlanılmışdır. Qeyd olunan proqramlar üzrə mütəxəssis hazırlığı kredit sistemi ilə hal-hazırda da davam edir.

Kredit sisteminə keçidlə bağlı ADNA-nın Elmi-Metodiki Şurası nəzdində kredit sisteminin tətbiqi ilə mütəxəssis hazırlığında tədris prosesinə nəzarət komissiyası yaradılmışdı. 2009-2010-cu tədris ilində kredit sistemi ilə mütəxəssis hazırlığının ilk buraxılışı olmuşdur. Hər tədris ilinin semestrlərinin nəticəsi üzrə tələbə və müəllimlər arasında tədris prosesinin qiymətləndirilməsi anketləri əsasında (tələbələr üçün 28, müəllimlər üçün 10 sualdan ibarət) anonim sorğular aparılır və onun yekunları əsasında tədrisin keyfiyyətinin artırılması üçün tədbirlər görülür. Dövlət proqramı üzrə kredit sisteminin tətbiqi ilə bakalavr hazırlığında tələbələrin auditoriyadan kənar, sərbəst işləyərək fənlərin dərindən mənimsənilməsinə xüsusi nəzarət yetirilir. Bu əsas məsələ istər istiqamətlərin (ixtisasların) tədris planlarında və istərsə də müəllimlərin fərdi planlarında öz əksini tapmış, müəllimə fənlər üzrə tələbələrlə fərdi saatları təyin edilmişdir. Tələbələrlə fərdi işə nəzarət məqsədi ilə hər müəllim üçün bu işin qeydiyyatını aparan xüsusi jurnallar tərtib edilmişdir. Təhsil nazirinin "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında" müvəqqəti əsasnamənin təsdiqi barədə tələbələrin tədris fəaliyyətini fəallaşdırmaq, onlar üçün özünənəzarət mexanizmini yaratmaq və əldə edilmiş nailiyyətləri qiymətləndirmək məqsədi ilə "Ümumi orta müvəffəqiyyət göstəricisi" meyarı tətbiq edilmişdir.

Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Aliorta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə"nin icrası ilə bağlı metodiki göstəriş hazırlanmış və ADNA-da bakalavr pilləsində tədris planlarında nəzərdə tutulan "tədris" və "istehsalat" təcrübələrinin keçirilməsi bu əsasnamələr üzrə təşkil edilmişdir. Tədris planlarında buraxılış işindən əvvəl təcrübənin keçirilməsi nəzərdə tutulmadığından, istehsalat təcrübəsində əsas məsələlərdən biri də tələbələr tərəfindən buraxılış işinin yerinə yetirilməsi ilə bağlı tələb olunan praktiki məlumatların toplanmasıdır. Bu məqsədlə ADNA-da tələbələrə buraxılış işinin mövzusu, tapşırığı və elmi rəhbəri üçüncü kursda təyin edilir. Təhsil aldığı ixtisas üzrə işləməyən qiyabi şöbənin tələbələri də istehsalat təcrübəsi keçirlər. Bakalavr və istərsə də magistratura pillələrində tədris planlarında nəzərdə tutulmuş təcrübələr yanacaq-enerjikimya texnologiyası kompleksi sahəsində respublikada fəaliyyət göstərən qabaqcıl sənaye, elmi müəssisə və təşkilatlarda keçirilir. Bir çox müəssisələrlə ADNA arasında uzun müddətli müqavilələr bağlanır və həmin müəssisələrdə tələbələr istehsalat təcrübələrində olurlar. Bir qayda olaraq bəzi istiqamətlər (ixtisaslar) üzrə buraxılış işlərinin müdafiəsi üçün Dövlət Attestasiya Komissiyasının iclasları tələbələrin istehsalat təcrübəsi keçdikləri qabaqcıl istehsalat müəssisələrində təşkil edilir. Məsələn, neftqaz yataqlarının işlənməsi, qaz-neft kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı, neftqaz quyularının qazılması, dəniz neftqaz qurğuları ixtisasları üzrə buraxılış işlərinin müdafiələri üçün Dövlət Attestasiya Komissiyasının iclasları Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft", N.Nərimanov adına Neft-Qazçıxarma idarələrində, "Azəriqaz"ın Qaz-Layihə Elmi-Tədqiqat İnstitutunda, ARDNŞ-nin "Neft kəmərləri" idarəsində keçirilir.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin milli təhsil quruculuğu sahəsindəki siyasətini uğurla davam etdirərək təhsilimizin inkişafı üçün islahatların aparılması istiqamətində genişmiqyaslı işlər görmüşdür. Aparılan islahatlar ölkə başçısının söylədiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikrinin reallaşacağını sübut edir. Ölkə rəhbərinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamının icrası istiqamətində ciddi işlər görülmüşdür. Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramların) yeni siyahısı" təsdiq edilmişdir. 2009-2010-cu tədris ilindən başlayaraq 31 ixtisas üzrə bakalavr hazırlığı birinci kursa qəbul olunmuş tələbələrə kredit sisteminin tətbiqi ilə aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamı ilə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi təhsilin dövlət siyasətində ən mühüm prioritet olmasını bir daha sübut etmişdir. Hazırda ADNA-nın qarşısında duran əsas məsələ təhsilimizin Avropa təhsil məkanına inteqrasiya prosesinin, Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə Dövlət Proqramının yüksək səviyyədə həyata keçirilməsidir. Bu istiqamətdə işlərin görülməsi üçün Təhsil Nazirliyinin fəaliyyət planına uyğun olaraq ADNA-nın fəaliyyət və strateji inkişaf planı hazırlanmışdır.

Akademiyada tyutorların hazırlanması və Virtual Universitetin yaradılması məqsədilə TASİS Proqramının "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı layihəsi" çərçivəsində əməkdaşlarımız 8 aylıq xüsusi hazırlıq kursu keçmişlər. 2009-cu ilin iyun ayından başlayaraq ADNA-nın Virtual Universitetinin yaradılması prosesinə başlanılmışdır. Fənn üzrə mühazirələrin elektron versiyalarının hazırlanması, tətbiqi, tələbələrə Virtual Universitetə daxil olmaqondan istifadə qaydalarının öyrədilməsi ilə bağlı işlərin təşkili üçün işçi qrupu və rəhbər təyin edilmişdir. Tyutorlar tərəfindən tələbələrin qrup şəklində ADNA-da yaradılmış Virtual Universitetə daxil olmaları üçün onların hər birinin adına loqinparol sistemə salınmışdır. Mühazirələrin elektron versiyaları Virtual Universitetə daxil edilmişdir. Kredit sistemi ilə bağlı tədris prosesinin idarəolunması məqsədi ilə "Elektron Tədris Mərkəzi" yaradılmışdır. 2010-2011-ci ildən başlayaraq I və II kursların tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə mühazirələrin elektron versiyalarının hazırlanması, onların Virtual Universitetə daxil olunması və tələbələrin istifadəsinə verilməsi barədə qərar qəbul edilmişdir. 2009-2010-cu tədris ilindən imtahanların kompüter texnologiyaların tətbiqi ilə test sualları əsasında keçirilməsinə başlanılmışdır. Cari tədris ilində ADNA-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi ilə birlikdə bakalavr və magistraturanın buraxılış tələbələri üçün "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilmişdir.

"Elektron kitabxana"nın imkanlarının genişləndirilməsi ilə bağlı xeyli işlər görülmüşdür. ADNA-nın WEB saytının tərkibində "Adna.kitab.az" saytının yaradılması üzərində gedir. Hal-hazırda "İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi"nin verilənlər bazası doldurulur. Verilənlər bazası doldurulduqdan sonra şəbəkəyə qoşulmuş kompüterlərin sayının artırılması nəzərdə tutulur.

Son illərdə ADNA-da təhsilin maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində də xeyli görülmüşdür. Tədris prosesi müasir fərdi kompüterlərlə, lokal şəbəkə ilə təchiz edilmişdir.

ADNA-da yüksək ixtisaslı mütəxəssis hazırlığı ilə bağlı tədris-metodiki işlərin planlaşdırılması, təşkili və idarə olunması Tədris metodiki şöbə tərəfindən həyata keçirilir. Tədris prosesini Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar proqramının tələblərinə uyğun idarə etmək məqsədi ilə TMŞ-nin tərkibində "Tədris-Metodiki Şura", "ADNA-ya tələbə qəbulunun planlaşdırılması və təşkili", "Tədris prosesinin planlaşdırılması və gedişinin operativ idarə edilməsi", "Tədris plan və proqramları", "Dillərin tədrisinin metodikası", "İctimai fənlər üzrə metodika", "Tədrisin dərslik, elmi-metodiki ədəbiyyatla təminatı", "Tədrisə texniki vasitələrin və EHM-in tətbiqi", "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi", "Kredit sisteminin tətbiqi ilə mütəxəssis hazırlığında tədris prosesinə nəzarət", "Qiyabi təhsilin idarə olunması və gedişatına nəzarət" komissiyaları fəaliyyət göstərir.

Məlumdur ki, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, Azərbaycan təhsilinin qarşısında duran başlıca məqsəd və vəzifə vətənini, dövlətini sevən, vətənpərvər, intellektual şəxsiyyət yetişdirməkdən, tərbiyə etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin sözlərini yad etmək yerinə düşərdi: "İndi bizim təhsilimizin məqsədi gənclərə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun, gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun". Bu sözlər tərbiyə prosesinin tədris prosesi ilə vəhdət təşkil etdiyini sübut edir. Neft Akademiyasında təlim-tərbiyə işləri əsas etibarı ilə, hər tədris ili üçün tərtib olunmuş xüsusi plan əsasında aparılır. Təlim-tərbiyə işləri 3 istiqamətdə: tədris prosesi çərçivəsində; dərsdən kənar vaxtlarda; tələbələrin özünüidarəetmə sistemi əsasında aparılır.

Fərəhləndirici haldır ki, son illər ADNA-ya yüksək balla qəbul olunan tələbələrin sayı da artır. Bunun səbəbinin əsası ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının sürətlə inkişaf etməsi, Xəzərin neft, qaz ehtiyatlarının dünya bazarına nəql edilməsi ilə bağlıdır. Hazırda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə tədris, elm sahələrində əməkdaşlıq genişlənir, tələbələrimizə təqaüdlər ayrılır. Gənclər bu şirkətlərin bir sıra aparıcı neftqaz sənayesi obyektlərinə qısa müddətli təcrübə keçmək üçün səfərlərə göndərilirlər. Şirkətlər məzunları işlə təmin edirlər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın "LUKoyl" Neft Şirkətinin prezidentlərinin keçirdikləri görüşdə səsləndirdikləri "Neftçilərin yeni nəslinin tərbiyə olunması hər iki şirkət üçün çox aktual problemdir. Dövlət Neft Akademiyasının dövrün tələblərinə cavab verən səviyyəyə qaldırılması, onun bütöv Qafqaz, Orta Asiya və yaxın Şərq üçün neftçi kadrlar hazırlayan mərkəzə çevrilməsi dövrün tələbidir" fikirləri və Misir Ərəb Respublikasında ADNA-nın filialının açılması ilə bağlı işlərin görülməsi mütəxəssis hazırlığına verilən qiymətdir. Bu müasir dövrün tələblərinə uyğun yanacaq-enerjineft-kimya kompleksi sahəsində mütəxəssislərin hazırlığına inamın təzahürüdür.

Fəaliyyətinin birinci illərindən tədrislə yanaşı, institutun kafedralarında elmi-tədqiqat işləri aparılmışdır. Tədqiqat obyektləri neft-mədən, geoloji-kəşfiyyat, neft mexanikası, neft kimyası, neftlərin tədqiqi və sairə olmuşdur.

Elmi fəaliyyətlə məşğul olanların sırasında əsasən institutda tədrisin təşkili üçün Rusiyadan dəvət olunmuş professorlar və azsaylı yerli alimlər var idi.

1933-1934-cü ildən başlayaraq kafedralarda və fakültələrdə elmi fəaliyyətin təşkili üçün "Elmi-tədqiqat sektoru" yaradılmış və bu qurumun fəaliyyət dairəsinə bundan əvvəl fərdi surətdə tədqiqatlar aparan professorların təcrübəsinin ümumiləşdirilməsi, gənc müəllimlərin əksəriyyətinin elmi fəaliyyətə cəlb olunması, digər elmi-tədqiqat institutlarının təcrübəsinin kafedralarda öyrənilməsi, istehsalatla əlaqələrin yaradılması, elmi işlərin nəticələrinin müəssisələrdə tətbiqi, tədqiqatların mövzularının sənayenin ehtiyaclarına yönəldilməsi kimi vəzifələr daxil edilmişdi.

1936-cı ildə bir sıra kafedralarda tədqiqat qrupları yaradılmış, öz ətrafında aspirantlar və gənc müəllimləri birləşdirən professorlar müəyyən edilmiş, laboratoriyalarda büdcədən və ilk dəfə olaraq sənaye müəssisələri tərəfindən təsərrüfat hesablı müqavilələr əsasında maliyyələşdirilən hidravlika, tətbiqi elektrotexnika, üzvi kimya, ümumi geologiya, kristalloqrafiya, mineralogiya, petroqrafiya, nəzəri elektrotexnika, neft yataqlarının kəşfiyyatı, neft-mədən mexanikası, fiziki kimya, tarixi geologiyaSSRİ-nin geologiyası sahələri üzrə elmi tədqiqatlara başlanılmışdır.

Elmi biliklərin cəmiyyətdə və sənayedə yayılması institutu elmi-texniki tərəqqinin inkişafında öncül mövqeyə çıxarmış və sənaye sahələrinin problemlərinin həllində ali məktəbin rolunu zəruri etmişdir.

1941-ci ildə müharibə başlandıqdan sonra tətbiqi xarakter daşıyan elmi-tədqiqat işlərinin, ixtiraçılıq fəaliyyətinin miqyası genişləndirilmiş, istehsalata konkret kömək göstərmək üçün mühüm araşdırmalar aparılmışdır. Alimlər ölkənin müdafiə qabiliyyətini artırmaq üçün tələb olunan bir sıra yeni materialları işləyib hazırlamış, Bakı zavodlarında istehsal olunan benzinin, cəbhədə istifadə edilən sürtgü yağlarının keyfiyyətinin yüksəldilməsinə nail olmuşlar.

Müharibədən sonrakı illərdə tədris fəaliyyəti ilə yanaşı institutda elmi-tədqiqat işləri daha da sürətləndirilmiş, miqyası genişləndirilmişdir. Tədqiqat işləri respublikada neftqaz ehtiyatlarının rasional istifadə və emal üçün aşkar edilməsinə, neft sənayesinin enerji təchizatına, istehsal proseslərinin avtomatlaşdırılmasına, Azərbaycanın metallurgiyasına həsr olunmuşdur.

Əhəmiyyətli işlər içərisində turbinli qazmanın yaradılmasını, neftqaz quyularının maili qazılmasını, quyuların ştanq-dərinlik nasosları və kompressor üsulları ilə istismarının nəzəri və praktiki əsaslarının işlənməsini, layın neft verimliyinin artırılması üçün qazın laya vurulması üsulunun layihələndirilməsini, "Qaradağ" unikal qaz-kondensat yatağının işlənməsi layihəsinin tərtib edilməsini, qeyri-nyuton xassəli neft yataqlarının işlənməsinin nəzəriyyəsi və praktikasını, onların nəql üsullarının işlənməsi və neft hasilatında qeyri-nyuton sistemlərin tətbiqini, dənizdəki neft-qaz yataqlarının işlənməsinə dair nəzəri əsasların araşdırılmasını, karbohidrogenlərin oksigenli dehidridləşməsi, olefinlərin, spirtlərin və kükürdün parsial oksidləşməsi prosesi üçün yeni katalizatorların hazırlanmasını, nüvə-maqnit karotajına dair Azərbaycanda, Özbəkistanda, Tatarıstanda, Qərbi Sibirin yataqlarında müvəffəqiyyətlə tətbiq olunmuş işləri, Kola yarımadasında ifrat dərinlik quyusunun qazılmasında turboburların fırlanma sürətinə nəzarətə aid tədqiqatları, dəyişən cərəyanlı avtomatik kompensasiya qurğularının işinin ümumi nəzəriyyəsinin yaradılmasını və sairəni göstərmək olar.

Şaquli vəziyyətdən böyük inhirafa malik maili quyuların qazma texnologiyasının işlənməsi və kütləvi şəkildə tətbiqi istiqamətində aparılmış işlər 1972-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülmüşdür. İnstitutun bir qrup əməkdaşı 1974-cü ildə orijinal avtokompensasiya sistemlərinin (avtomatik yan karotaj, yüksək dəqiqliyə malik elektromaqnit sərfölçənlər, kompensasiyalı süzgəclər və s.) yaradılmasına görə respublikanın Dövlət Mükafatını almışlar.

1975-ci ildə "Neftçıxarmada qeyri-nyuton neftlərinin tətbiqi" adlı İ.M.Qubkin adına mükafata təqdim edilmişdir. Quyularda layların xassələrinin tədqiqi üçün nüvə-maqnit karotajının istifadə edilməsinin nəzəri əsaslandırılması, ölçmə və alınan nəticələrin EHM vasitəsilə emalı metodlarının işlənməsi, AYMK-1 və AYMK-2 aparatlarının seriya ilə istehsalı ildə 1440 min rubl iqtisadi səmərə vermiş və 1979-cu ildə İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.

1980-ci ildə neft-qaz hasilatında texnoloji proseslərin mexanikası üzrə bir sıra tədqiqatlar Azərbaycan SSR-in Dövlət Mükafatına təqdim olunmuşdur.

Keçmiş ittifaq hökumətinin 271 nömrəli 6 aprel 1978-ci il tarixli "Ali məktəblərdə elmi-tədqiqat işlərinin effektivliyinin artırılması" qərarı ilə respublika ali məktəbləri içərisində təhsil ocağımız SSRİ-nin qabaqcıl 70 ali məktəbi sırasına daxil edilmişdir.

Ali məktəbimizdə neft emalı sənayesində idarəetmə və informasiya sistemlərinin araşdırılması və tətbiqi sahəsində aparılan fundamental nəzəri və praktiki işlərə görə 1983-cü ildə bir qrup əməkdaş SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Son illər ADNA-da elmi-tədqiqat işləri 50 kafedra və 18 elmi-tədqiqat laboratoriyada 9 əsas istiqamətlər üzrə aparılır: Quruda və dənizdə neft, qazkondensat yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı və işlənməsinin problemləri; Azərbaycanın geoloji, hidrogeoloji, mühəndis-geoloji və ekogeoloji problemləri; Dənizdə və quruda neft-qaz quyularının qazılması, yataqların işlənməsi, məhsulların yığılması, nəqli və neft-mədən avadanlıqlarının quraşdırılması problemləri; Neftkimya avadanlığının yeni, etibarlı konstruksiyalarının yaradılmasının, neft-mədən və neft-kimya maşın hissələrinin texnoloji dayanıqlığının və uzunömürlüyünün proqnozlaşdırılmasının elmi əsasları, maşınların dinamikası və möhkəmliyi məsələləri; Yeni kimyəvi maddə və materialların, alternativ texnologiya və proseslərin yaradılması və tədqiqi; Energetik sistemlərin, avadanlıqların, elementlərin səmərəliyinin artırılması və onların kompleks avtomatlaşdırılması; Su ehtiyatlarından səmərəli istifadə olunması və ətraf mühitin mühafizəsi; Yanacaq-enerji kompleksi, kimya və maşınqayırma sənaye sahələrinin bazar iqtisadiyyatı şəraitində idarə olunması metodlarının işlənməsi və təşkili; Yanacaq-enerji kompleksində istehsal və xidmət sahələrinin avtomatlaşdırılmasının müasir idarəetmə, informatika və nəzarət ölçmə vasitələrinin tədqiqi, işlənməsi və tətbiqi.

Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri son on ildə nəşr olunmuş 121 monoqrafiya, 439 dərslik və dərs vəsaitində, 455 metodiki vəsaitdə, 3123 məqalədə (onlardan 521 beynəlxalq), 2391 məruzə tezislərində (onlardan 1464 beynəlxalq) öz əksini tapmış, bu nəticələr əsasında 88 ixtira üçün iddia sənədləri verilmiş, 89 patent alınmışdır. Həmin illər ərzində aspiranturanı 95 nəfər bitirmişdir.

Son illərdə tələbə elmi-tədqiqat işlərinin səviyyəsinin və bu işlərə cəlb edilmiş tələbələrin sayının artmasının səbəbi kafedraların elmi-tədqiqat və metodiki bazalarının yaxşılaşdırılması və elmi-tədqiqat işləri ilə məşğul olan tələbələrə hər cür şəraitin yaradılması, onların ixtiyarına internet mərkəzinin və laboratoriyaların imkanlarının verilməsi, elmi fəaliyyətinin ADNA-nın rektorluğu tərəfindən stimullaşdırılmasıdır. Tələbələrin elmi işlərinin qiymətləndirilməsinin görkəmli professor və müəllimlərdən ibarət xüsusi münsiflər heyəti tərəfindən aparılması elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə imkan yaratmışdır.

ADNA-da "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi-texniki jurnalı nəşr edilir.

Özünün 90 illik yubileyini qeyd edən ADNA ölkəmizin yanacaq-enerjikimya texnologiya kompleksi sahələrinin inkişafına və tərəqqisinə xidmət edəcək peşəkar kadr potensialının formalaşdırılması üçün təhsilimizin və elmimizin inkişafı sahəsində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində daha əzmlə fəaliyyət göstərəcək, ölkə Prezidenti tərəfindən göstərilən böyük etimadı şərəflə doğruldacaqdır.

 

 

Siyavuş QARAYEV,

Azərbaycan Dövlət Neft

Akademiyasının rektoru,

əməkdar elm xadimi, akademik

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 12.