Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə

 

Hörmətli cənab Prezident!

Ölkənizdə törədilmiş amansız terror aktları və bunların nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizdə hədsiz kədər hissi doğurdu.

Bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 noyabr 2010-cu il

 

Azərbaycan.-2010.-14 noyabr.-S.1.