Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 1, maddələr
11-12; Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli
884-IIKQD nömrəli Konstitusiya Qanunu; 2005-ci il, ¹ 10, maddə
906; 2006-cı il, ¹ 1, maddə 1) aşağıdakı əlavələr
və dəyişikliklər təsdiq edilsin:
1. Preambulanın birinci
abzasında və 1-ci maddənin II hissəsində hər iki
halda "1921-ci il" sözlərindən sonra
"tarixli" sözü əlavə edilsin.
2. 5-ci maddədə:
2.1. II hissəyə
aşağıdakı məzmunda 11-12-ci bəndlər əlavə
edilsin, 11-20-ci bəndlər müvafiq olaraq 13-22-ci bəndlər
hesab edilsin:
"11) Naxçıvan
Muxtar Respublikasının yerli icra hakimiyyətləri
başçılarının vəzifəyə təyin və
vəzifədən azad edilməsinə dair Azərbaycan
Respublikasının Prezidentinə təqdimat verir;
12) ali xüsusi rütbələrin
verilməsinə dair Azərbaycan Respublikasının
Prezidentinə təkliflər verir;";
2.2. II hissənin 21-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"21) Naxçıvan
Muxtar Respublikasının fəxri adlarını təsis edir,
Azərbaycan Respublikasının dövlət təltifləri
ilə təltif edilməsinə dair Azərbaycan
Respublikasının Prezidentinə təklif verir;".
3. 18-ci maddəyə
aşağıdakı məzmunda IV hissə əlavə
edilsin:
"IV. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sessiyalarının
iclasları açıq keçirilir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 31 deputatının tələbi
ilə və ya Naxçıvan Muxtar Respublikası ali vəzifəli
şəxsinin təklifi ilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyasının qapalı
iclası keçirilə bilər.".
4. 19-cu maddənin I hissəsinə
aşağıdakı məzmunda 4-cü bənd əlavə
edilsin, 4-cü bənd müvafiq olaraq 5-ci bənd hesab edilsin:
"4) icra və məhkəmə
hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi
olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti
istisna olmaqla, başqa ödənişli fəaliyyətlə
məşğul olduqda;".
5. 22-ci maddədə
"daimi və başqa komissiyaları" sözləri
"komitələr və komissiyalar" sözləri ilə
əvəz edilsin.
6. 25-ci maddədə:
6.1. I hissəyə
aşağıdakı məzmunda 8-ci bənd əlavə
edilsin, 8-9-cu bəndlər müvafiq olaraq 9-10-cu bəndlər
hesab edilsin:
"8) Naxçıvan
Muxtar Respublikası ali vəzifəli şəxsinin təklifi
ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;";
6.2. II hissə
aşağıdakı redaksiyada
verilsin:
"II. Bu maddənin
I hissəsinin 1-ci və
2-ci bəndlərində göstərilən
məsələlərə dair qanunlar, qalan məsələlərə
dair isə eyni qaydada qərarlar
qəbul edilir.".
7. 26-cı maddədə:
7.1. I hissədə
"Baş nazirinə"
sözlərindən sonra
"və" sözü
vergül işarəsi
ilə əvəz edilsin, "Ali Məhkəməsinə"
sözlərindən sonra
"və Naxçıvan
Muxtar Respublikasının
Prokurorluğuna" sözləri
əlavə olunsun;
7.2. II hissədə
"Ali Məhkəməsinin" sözlərindən sonra
"və Naxçıvan
Muxtar Respublikası Prokurorluğunun" sözləri
əlavə olunsun;
7.3. IV hissədə
"Baş nazirinin"
sözlərindən sonra
"və" sözü
vergül işarəsi
ilə əvəz edilsin, "Ali Məhkəməsinin"
sözlərindən sonra
"və Naxçıvan
Muxtar Respublikası Prokurorluğunun" sözləri
əlavə olunsun;
7.4. V hissədə
"Ali Məhkəməsi" sözlərindən sonra
"və Naxçıvan
Muxtar Respublikasının
Prokurorluğu" sözləri
əlavə olunsun;
7.5. aşağıdakı məzmunda
VI hissə əlavə
edilsin:
"VI. Qanun
və qərar layihələri əsaslandırılmalı
və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.".
8. 43-cü maddədə:
8.1. IV hissədə
"Ədalət mühakiməsinin
həyata keçirilməsində"
sözləri "Cinayət
məhkəmə icraatında"
sözləri ilə əvəz edilsin;
8.2. aşağıdakı məzmunda
VII hissə əlavə
edilsin:
"VII. Məhkəmə
icraatı həqiqətin
müəyyən edilməsini
təmin etməlidir.".
9. 44-cü maddədə:
9.1. I hissənin
birinci cümləsində
"ümumi" sözündən
sonra "və ixtisaslaşdırılmış" sözü əlavə olunsun, cümlənin sonuna "; o, Naxçıvan
Muxtar Respublikasının
ərazisində apelyasiya
qaydasında ədalət
mühakiməsini həyata
keçirir" sözləri
əlavə edilsin, ikinci cümlə çıxarılsın;
9.2. aşağıdakı məzmunda
VII hissə əlavə
edilsin:
"VII. Naxçıvan
Muxtar Respublikası
Ali Məhkəməsinin qərarları
dərc edilməlidir.".
10. 46-cı maddənin
I hissəsində "qaydada"
sözündən sonra
"və hallarda"
sözü əlavə
edilsin, "eyni cür və dürüst" sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2010-cu il
Azərbaycan.-2010.-14 noyabr.-S.2.