Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü

 

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə görüşmüşdür.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi qarşıladı.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV Rusiyanın dövlət başçısını salamlayaraq dedi:

 

- Sizi Azərbaycanda yenidən görməyimə şadam. Sağ olun ki, dəvətimizi qəbul edib bizə gəlmisiniz. Siz Bakıda səfərdə olarkən razılaşmışdıq ki, bu ilin sonuna qədər Xəzəryanı ölkələrin sammitini keçirək. Mən çox şadam ki, biz bu məqsədi təmin etmişikümid edirəm ki, bugünkü diskussiyaların nəticələri yaxşı olacaqdır. Münasibətlərimizin gündəliyinə bir daha nəzər salmaq, daha nələr etmək, harada nəyi tamamlamaq lazım olduğunu müəyyənləşdirmək üçün də yaxşı imkan vardır. Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son üç ayda artıq üçüncü dəfədir ki, görüşürük. Buna görə də əlbəttə, hər şeyi ətraflı müzakirə etməyə imkanımız olmuşdur. Amma hər halda, həyat bir yerdə dayanmır, irəliyə doğru hərəkət edir. Buna görə də bu görüş məni çox sevindirir.

İkitərəfli planda işlərimiz yaxşı gedir, qarşılıqlı siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadiyyatda da böhrandan sonrakı dövrün çətinliklərini aradan qaldırırıq. Regional problemlərə gəldikdə isə, mən fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində fəal iştirakınıza görə bir daha təşəkkürümü bildirmək istərdim. Görüşlərin keçirilməsi barədə Sizin təşəbbüsünüz və şəxsən iştirakınız çox mühüm və müsbət rol oynayır. Ümid edirəm ki, biz bu prosesdə irəliləyişə və bölgəmizdə sülhü, təhlükəsizliyi təmin etməyə nail olacağıq. Bu, yalnız o halda mümkündür ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında tənzimlənsin. Bu fikir Mayendorfda imzalanmış birgə bəyannamədə də əks olunmuşdur.

Sizi bir daha salamlamaqümid etdiyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasında fəal əlaqələr bundan sonra da davam edəcəkdir.

 

Rusiya Prezidenti Dmitri MEDVEDEV təşəkkür edərək dedi:

 

- Hörmətli İlham Heydər oğlu, yenidən görüşmək imkanına görə mən çox şadam. Məni Azərbaycana gəlməyə sammitdə iştirak etməyə dəvət etdiyinizə görə sağ olun. Həqiqətən, bu ideya nisbətən yaxın vaxtlarda, mənim Azərbaycana səfərim dövründə yaranmışdır. Yaxşıdır ki, həmkarlarımız buna razılıq vermişlər bu gün görüşüb Xəzəryanı qarşılıqlı əlaqələr problemini müzakirə edəcəyik.

Bizim ikitərəfli münasibətlərə gəldikdə isə, Siz hər şeyi çox dəqiq ifadə etdiniz əslində, mənim əlavə ediləsi sözüm yoxdur. Əlaqələrimiz çox yaxşı inkişaf edir. Həm ən yüksək səviyyədə, həm hökumətlərimiz, ölkələrimizin ictimai strukturları arasında, biznes birliyi xətti üzrə. Ümumiyyətlə burada, necə deyərlər, heç icad etməyə ehtiyac yoxdur - sadəcə olaraq, bu münasibətləri müntəzəm inkişaf etdirmək, ola bilsin ki, işgüzar əlaqələri intensivləşdirmək lazımdır. Mən onu nəzərdə tuturam ki, dövlətlərimiz, həqiqətən, artıq böhranlı şəraitdə inkişaf dövründən çıxmışlar. Eyni zamanda, keçən il baş vermiş hadisələr, hər halda ikitərəfli əmtəə dövriyyəsinə təsir göstərir. Mən fikir vermişəm, bizim xəttimiz bir qədər zəifləyib əlbəttə, onun yenidən artması üçün hər şeyi etmək lazımdır.

Başqa məsələlər - təkcə Xəzəryanı deyil, həm regional məsələlər üzrə qarşılıqlı fəaliyyətə gəldikdə isə əlbəttə, biz regionda təhlükəsizliyin təmin edilməsi üçün bundan sonra da bütün zəruri səylərimizi səfərbər etməyə hazırıq. Rusiya Dağlıq Qarabağ probleminin tənzimlənməsi baxımından Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı prosesinə bundan sonra da kömək edəcəkdir. Son vaxtlar burada müəyyən addımlar atılmışdır. Mən Sizinlə razıyam ki, bu münaqişənin həlli beynəlxalq hüquq müstəvisindədir bütün istiqamətlər üzrə müvafiq aparılır. Biz bu prosesə indiyə qədər olduğu kimi yenə kömək etməyə hazırıq.

Dəvət üçün bir daha sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 3.