Bakıda Xəzəryanı
ölkələrin dövlət
başçılarının Zirvə Görüşü
keçirilmişdir
Noyabrın
18-də Bakıda Xəzəryanı ölkələrin
dövlət başçılarının üçüncü
Zirvə Görüşü keçirilmişdir.
Zirvə
Görüşündə Azərbaycan Prezidenti
İlham Əliyev, Rusiya
Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan
Prezidenti Qurbanqulu
Berdiməhəmmədov iştirak
etmişlər.
Tədbirin
iştirakçıları əvvəlcə rəsmi foto çəkdirmişlər.
Zirvə
Görüşünü açan
Azərbaycan Prezidenti İlham
Əliyev qonaqları salamlayaraq, bugünkü görüşün
əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın dövlət
başçısı Xəzəryanı ölkələr
arasında dostluq, mehribanlıq münasibətlərinin
mövcudluğunu qeyd
edərək, bu ölkələrin əsrlər
boyu yaxın qonşuluq
şəraitində yaşadığını söylədi
və bildirdi ki, Azərbaycan
öz qonşuları ilə
qarşılıqlı faydalı dostluq
münasibətləri qurmuşdur.
Azərbaycan
Prezidenti Xəzər dənizinin hüquqi statusunun müəyyən
edilməsi istiqamətində fəal işlərin
aparıldığını və bunun gələcəkdə
praktiki nəticələr verəcəyinə
əminliyini ifadə etdi.
Prezident
İlham Əliyev qeyd
etdi ki, hazırda Azərbaycan
ilə Rusiya və Azərbaycan ilə
Qazaxıstan, habelə Rusiya ilə
Qazaxıstan arasında Xəzərin sektorlara
bölünməsi ilə bağlı önəmli
addımlar atılmışdır. "Ümid
edirəm ki, gələcəkdə bu gözəl təcrübə əsas kimi götürülə bilər", - deyən
Prezident İlham Əliyev
nəqliyyat sahəsində də əməkdaşlığın
dərinləşdiyini söylədi.
Azərbaycan
dövlətinin başçısı dedi
ki, Xəzər dənizinin böyük təbii ehtiyatları vardır və
bütün Xəzəryanı ölkələr
enerji resursları baxımından zəngin
ölkələrdir. Bizim ölkələrdə
hasil edilən neft-qaz
ehtiyatları dünya enerji
bazarında həlledici təsirə malikdir.
Prezident
İlham Əliyev Xəzərin əməkdaşlıq
dənizinə çevrilməsi üçün
iqtisadi əlaqələrin güclənməsinin
mühüm əhəmiyyət
daşıdığını qeyd edərək,
ölkəmizdə Xəzərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması üçün
də böyük proqramların icra edildiyini söylədi.
Xəzərdə
təhlükəsizlik tədbirlərindən danışan Prezident İlham Əliyev
Azərbaycanın bu istiqamətdə fəal
çalışdığını bildirdi.
Dövlət başçısı dedi ki, Xəzər sülh, əmin-amanlıq,
sabitlik dənizidir və belə də
qalmalıdır.
İran İslam
Respublikasının Prezidenti Mahmud Əhmədinejad Xəzəryanı
ölkələrin dövlət
başçılarının üçüncü
Zirvə Görüşünün
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirdi.
İran
Prezidenti qeyd etdi ki, 2007-ci ildə Tehranda keçirliən zirvə
görüşündən sonra Xəzəryanı
ölkələr arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin
mühafizəsi və digər sahələrdə əlaqələrin
daha da genişləndiyi
müşahidə olunur.
Mahmud Əhmədinejad Xəzəryanı
ölkələrin bir çox
sahələrdə əməkdaşlığının
genişləndirilməsi ilə bağlı İran
tərəfinin təkliflərini zirvə görüşü
iştirakçılarının diqqətinə
çatdırdı.
Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev göstərilən qonaqpərvərliyə
və Zirvə Görüşünün
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi.
Ölkəsinin iqtisadi
əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən Nursultan
Nazarbayev Xəzərin hüquqi
statusunun həlli ilə bağlı böyük işlərin görüldüyünü,
yaxın zamanlarda Qazaxıstanda bu məsələ ilə bağlı
konfransın təşkil ediləcəyini söylədi. O,
Qazaxıstanın Xəzərin hüquqi statusu ilə bağlı bütün
görüşlərdə iştirak etməyə
hazır olduğunu da
diqqətə çatdırdı.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Zirvə Görüşünün
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi və bu sammitin müsbət nəticələr verəcəyinə
əminliyini ifadə etdi.
Dmitri
Medvedev Xəzərin hüquqi
statusunun müəyyən edilməsi prosesinin sürətlənməsi üçün kompleks məsələlərin
həllində və Xəzəryanı ölkələrin əməkdaşlığının
yeni formatının müəyyən
edilməsində bu görüşün
böyük əhəmiyyət daşıdığını
vurğuladı.
Rusiya Prezidenti dedi ki, biz
təkcə dənizi bölməklə kifayətlənməməliyik,
eyni zamanda, onun bioloji müxtəlifliyini
və nadir təbii sərvətlərini
qorumalıyıq. Rusiya Prezidenti
Xəzərin statusu barədə yekun nəticənin əldə edilməsi ilə
əlaqədar Rusiya tərəfinin təkliflərini
də açıqladı.
Türkmənistan
Prezidenti Qurbanqulu
Berdiməhəmmədov Xəzəryanı ölkələrin
dövlət başçılarının üçüncü
Zirvə Görüşünün
yüksək səviyyədə təşkilinə görə
Prezident İlham Əliyevə
minnətdarlığını bildirdi. O qeyd etdi ki,
Xəzəryanı ölkələrin Xəzər hövzəsinin
mühüm strateji region olduğunu yaxşı
anladığından məsələ ilə bağlı
danışıqlar prosesi konstruktivlik
əsasında qurulmuşdur.
Türkmənistan
Prezidenti bildirdi ki, son zamanlar
əməkdaşlığın hüquqi
bazası ilə bağlı məsələdə irəliləyiş
vardır. Xəzər dənizinin hüquqi
statusu haqqında konvensiya
layihəsi üzərində də iş
konstruktiv qaydada gedir. Bu gün
tərəflər həmin sənədin bir
çox müddəaları üzrə konsensus əldə ediblər. Əldə edilən
nailiyyətlər sırasına dəniz mühitinin
qorunması ilə bağlı çərçivə
konvensiyasının imzalanması da daxildir.
Türkmənistan
Prezidenti vurğuladı ki,
bu gün Xəzər
dənizi ölkələri ayırmır, əksinə, birləşdirir.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 3-4.