Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ
olan vəzifəli şəxslərin
siyahısının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli
1053 nömrəli qərarının qüvvədən düşmüş hesab
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 18, maddə 243; 1995-ci il, ¹ 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 385, ¹ 6, maddə 493; 1998-ci il, ¹ 2, maddə 70; 2000-ci il, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11, maddə 674; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2004-cü il, ¹ 7, maddə 505; 2005-ci il, ¹ 3, maddə 152, ¹ 10, maddə 874; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 3, maddə 219, ¹ 4, maddə 319, ¹ 11, maddə 933, ¹ 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, ¹ 7, maddə 712, ¹ 8, maddə 753, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddə 886; 2009-cu il ¹ 7, maddə 519; 2010-cu il, ¹ 3, maddə 166, ¹ 4, maddə 276) 5-ci maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə) və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqlarına, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.".
II. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 11-12, maddə 206) 2011-ci il yanvarın 1-dən qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
Azərbaycan.-2010.-14 noyabr.-S.2.