Bakı sammiti Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün yeni mərhələ olacaqdır 

 

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

 

İran Prezidenti Mahmud ƏHMƏDİNEJADIN bəyanatı

 

- Mərhəmətli rəhmli Allahın adı ilə!

Hörmətli qardaşım cənab Prezident İlham Əliyevə qəbula qonaqpərvərliyə, görüşümüzün yaxşı təşkilinə görə təşəkkür edirəm.

Demək istəyirəm ki, Xəzər regionunun üç spesifik xüsusiyyəti vardır. Birincisi, bu, mədəniyyət regionudur. Burada mədəni dəyərlər çoxdur. Bildiyiniz kimi, bizim regionda yetişmiş çoxsaylı mütəfəkkirlər, alimlər, şairlər, ədəbiyyatçılar yüksək mənəvi idealları təbliğ etmiş yaymışlar. Bu regionun ikinci spesifik xüsusiyyəti onun sərvətidir. Burada bizim çox böyük təbii sərvətlərimiz vardır. Üçüncü məqam - mahiyyət etibarilə Qərb ilə Şərq arasında yerləşən Xəzər regionunun coğrafi tarixi ümumiliyi, onun coğrafi mövqeyidir.

Xoşbəxtlikdən, beş Xəzəryanı dövlətin hamısı qarşılıqlı fəaliyyətin, inteqrasiyanın zəruri olmasını çox yaxşı başa düşür biz möhkəm təmələ əsaslanan birgə əməkdaşlığın əsasını qoymuşuq. Biz Bakıda böyük əməkdaşlığın, böyük dostluğun, inteqrasiyanın əsasını qoyduq. Yüksək konstruktivlik qarşılıqlı anlaşma ruhunda yaxşı qərarlar qəbul edildi Xəzər dənizinin hüquqi statusunun hazırlanması işinin tezliklə başa çatdırılması yolu hamarlandı. Mən bu işi tezliklə başa çatdırmaq çağırışına qoşuluram ki, beş ölkənin hamısı öz münasibətlərini, əməkdaşlığı planlaşdırmaqda davam edə bilsin.

Danışıqları çox yaxşı apardıq, hamı bu danışıqlara konstruktiv mövqedən yanaşır, qarşılıqlı anlaşma şəraitində diskussiyalarda iştirak edirdi yaxşı nəticələr əldə olunmuşdur. Mən bütün məsələlərin razılaşdırılması işində sanballı addımlar atmış həmkarlarımın hamısını, möhtərəm prezidentləri təbrik edirəm. Buna görə mən təşəkkürümü bildirirəm ümid edirəm ki, biz Xəzər dənizinin həqiqətən dostluq sülh rəmzinə çevrilməsi üçün növbəti görüşü yaxın gələcəkdə yüksək səviyyədə keçirə biləcəyik.

Bu işə əməkdaşlığa görə sizin hamınıza təşəkkür edirəm.

 

 

Mahmud Əhmədinejat

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.