Bakı sammiti Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün yeni mərhələ olacaqdır 

 

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

 

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEVİN bəyanatı

 

- Mən çox səmərəli vacib olan bu zirvə görüşünün gözəl təşkilinə görə İlham Əliyevə azərbaycanlı dostlara təşəkkürümü bildirmək istəyirəm.

Burada bütün həmkarlar artıq hər şeyi dedilər. Biz Xəzər məsələləri ilə 2002-ci ildə Aşqabadda keçirilən birinci Zirvə Görüşü zamanı ciddi məşğul olmağa başladıq. İkinci zirvə görüşü 2007-ci ildə Tehranda keçirilmişdir. Ekspertlərimiz səkkiz ildir bu məsələlərlə məşğul olurlar. Bugünkü görüşümüzü hazırlamaq üçün məhsuldar işləyən ekspertlərimizə təşəkkürümü bildirmək istəyirəm.

Həll etməli olduğumuz başlıca məsələ Xəzər dənizinin statusu, Konvensiyanın imzalanmasıdır. Bu, bütün proqramın canıdır. Hesab edirəm ki, bu gün biz məhz bu problemin həllinə çox yaxınlaşmışıq. Bu problem heç cür həll olunmurdu, çünki biz sahildə suveren ərazinin necə olacağı, hansı məsafədə balıq tutmalıyıq sair məsələlərlə bağlı razılığa gələ bilmirdik. İkinci məsələ Xəzər dənizinin nadir bioresurslarının xilas edilməsi idi.

Siz imzaladığımız sənədləri gördünüz. Onlar çox mühüm sənədlərdir. Bütün istiqamətlərdə - gəmiçilik, brakonyerliklə mübarizə, burada silah satılmaması, cinayət törədilməməsi üçün, korrupsiya ilə mübarizə kimi bütün istiqamətlərdə hər şey qeyd olunmuşdur bəyanatlarda da yer almışdır. Ancaq mən qeyd etmək istəyirəm ki, hamı Xəzəryanı iqtisadi əməkdaşlığa, yüklərin enerji ehtiyatlarının Xəzər dənizi vasitəsilə daşınmasına yol açan Konvensiyanın imzalanmasının vacibliyi ilə razı idi. Eyni zamanda, biz hamımız razılaşdıq ki, - bu, İran Prezidenti, həmkarımız Əhmədinejadın təklifi idi, - bir il ərzində Konvensiyanı imzalamaq lazımdır. Növbəti sədrlik Rusiyaya verildiyi üçün mən ümid edirəm ki, bu tarixi hadisə gələn il Rusiya Federasiyasının ərazisində keçiriləcək yüksək səviyyədə görüşdə baş verəcəkdir. Özü biz hamımız üç ay ərzində işləmək bütün mövqeləri yaxınlaşdırmaq barədə razılığa gəlmişik. Çünki bəziləri deyirdi 38 dəniz mili, 25 dəniz mili, 10, 20 dəniz mili lazımdır. Biz ekspertlərimizdən 24-25 dəniz mili ətrafında aparmağı xahiş etmişik. Zənnimcə, bu, çox böyük ümumi razılıqdır.

Biz bilirik ki, Xəzərdə nərəkimilərin sistemsiz, kvotasız brakonyerlər tərəfindən ovlanması üzündən bir vaxt elə vəziyyətə düşə bilərik ki, gələcək nəsillərə heç qalmaz. Bu gün çox mühüm qərar qəbul edilmişdir ki, nərəkimilərin ovuna 5 illik moratorium elan edilməsi məsələsini razılaşdıraq. Həmin dövr ərzində hər şeyi öyrənmək baxmaq lazımdır. Bu, mühüm qərardır. Buna görə mən razıyam ki, çox yaxşı zirvə görüşü keçirilmişdir.

Mən Xəzəryanı dövlətlərin özlərinin bu məsələni həll etməsi mövqelərini yaxınlaşdırması üçün çox böyük əzmkarlıq göstərən həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ölkələrimizin xalqlarımızın rifahına xidmət edəcəkdir.

 

 

Nursultan Nazarbayev

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.