Azərbaycan ilə Livan arasında əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir
Noyabrın 19-da Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə
səfərdə olan Livanın gənclər və idman naziri
Əli Hüseyn Abdullah ilə
görüşmüşdür.
Əlaqələrimizin
gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini
nəzərə çatdıran Baş nazir Artur Rasizadə,
gənc nəslin sağlam böyüməsi naminə Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında
hökumətin gördüyü işlərdən,
yaratdığı münbit şəraitdən, xüsusilə
idmana göstərilən diqqət və qayğıdan
qonağa söz açmışdır. Bunun nəticəsi
olaraq Azərbaycan idmançılarının beynəlxalq
yarışlarda yüksək nailiyyətlər əldə etmələri
qeyd edilmişdir.
Azərtac
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.