Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir

 

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak etmişdir.

İclasın gündəliyinə iqtisadi humanitar sferalarda, təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi inkişaf etdirilməsi istiqamətində 20-dən çox sənəd layihəsi daxil edilmişdir. Sənədlərin əksəriyyəti iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətə əməkdaşlığa həsr olunmuşdur.

Birlik ölkələrinin nümayəndələri azad ticarət zonasının, ət-süd məhsulları bazarının yaradılması fəaliyyəti, Birlik ölkələrində ərzaq təhlükəsizliyinin artırılması, enerji ehtiyatlarının istehsalı istehlakı ilə bağlı məsələləri müzakirə etmişlər. Hökumət başçıları MDB-nin 20 illik yubileyinə həsr olunmuş dövlətlərarası sərginin hazırlanması ilə əlaqədar məsələləri, 2002-ci il oktyabrın 7-də Moskvada Ümumrusiya Sərgi Mərkəzinin bazasında MDB daimi sərgisinin yaradılması haqqında qərarın yerinə yetirilməsinin gedişini nəzərdən keçirmişlər. MDB ölkələrinin 2003-2010-cu illərdə iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsinə səmərəliliyinin artırılmasına yönəldilmiş mühüm tədbirlər planının həyata keçirilməsinin gedişi barədə məlumat dinlənilmişdir. 2020-ci ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsinə dair tədbirlər planı, habelə MDB ölkələrinin 2020-ci ilədək olan dövrdə innovasiya əməkdaşlığına dair dövlətlərarası məqsədli proqramın ilkin layihəsinin hazırlığının gedişi müzakirə olunmuşdur.

Bundan əlavə, hökumət başçıları Şurasının iclasında MDB ölkələrinin 2011-2012-ci illərdə humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər Planı layihəsi nəzərdən keçirilmişdir. Layihəyə MDB ölkələri xalqlarının ənənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi möhkəmləndirilməsi məqsədilə humanitar sahədə çoxtərəfli qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə yönəldilmiş 150-dən çox tədbir daxil olunmuşdur.

MDB Hökumət Başçıları Şurasının növbəti iclasının gündəliyinə büdcə-maliyyə xarakterli sənəd layihələri daxil edilmişdir.

Tədbirdə Rusiyanın Baş naziri Vladimir Putin çıxış edərək bildirmişdir ki, MDB- azad ticarət zonası haqqında sazişin ilin sonunadək imzalanması realdır. Cari ilin 8 ayı ərzində MDB çərçivəsində əmtəə dövriyyəsi təxminən dörddə üç dəfə artmış, əmtəə dövriyyəsinin həcmi isə 120 milyon dolları keçmişdir. V.Putin demişdir: "Bu, yetərincə ciddi rəqəmdir ticarət sərmayə əlaqələrimizdə müvəqqəti tənəzzülün aradan qaldırıldığını göstərir".

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.