"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 167; 2001-ci il, ¹ 11, maddə 691; 2002-ci il, ¹ 12, maddə 706; 2004-cü il, ¹ 3, maddə 133; 2005-ci il, ¹ 8, maddə 684; 2008-ci il, ¹ 2, maddə 49, ¹ 5, maddə 342) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 4-cü maddə üzrə:

1.1. "plagiatçılıq" anlayışı çıxarılsın;

1.2. "toplu" anlayışından sonra aşağıdakı məzmunda anlayış əlavə edilsin:

"ənənəvi biliklər" - ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii sahələrdə və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;";

1.3. "pulsuz istifadə" anlayışından sonra aşağıdakı məzmunda anlayış əlavə edilsin:

"bildiriş" - əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktiki qavranılmasından asılı olmayaraq, eşitmə və ya görmə qavrayışını mümkün edən nümayişi, ifası, radioteleviziya ilə ötürülməsi və ya hər hansı digər hərəkət (əsərin, yaxud fonoqramın nüsxələrinin yayılması istisna olmaqla);";

1.4. "kütləvi bildiriş" anlayışı aşağıdakı redaksiyada verilsin:

"kütləvi bildiriş" (kütləyə çatdırma məqsədi ilə bildiriş) - əsərlərin və əlaqəli hüquqların obyektlərinin bildiriş kimi efirlə, kabellə ötürülməsi, həmçinin bildirişin qavranılmasından asılı olmayaraq, onun əldə edilməsini bu cür mümkün edən hər hansı, o cümlədən interaktiv üsulla kütləyə çatdırma (əsərin və əlaqəli hüquqların obyektlərinin nüsxələrinin yayılması istisna olmaqla);";

1.5. "interaktiv bildiriş" anlayışında "interaktiv bildiriş" sözləri "interaktiv kütləvi bildiriş" sözləri ilə, "əldə olunmasını həyata keçirə biləcəyi tərzdə onlara çatdırılması" sözləri "əldə etməsini mümkün edən çatdırma" sözləri ilə əvəz edilsin;

1.6. "efirlə bildiriş" anlayışının birinciikinci cümlələrində "bildiriş" sözündən əvvəl "kütləvi" sözü əlavə edilsin, üçüncü cümləsində "efir bildirişi" sözləri "efirlə kütləvi bildiriş" sözləri ilə əvəz edilsin;

1.7. "kabellə bildiriş" anlayışında "bildiriş" sözündən əvvəl "kütləvi" sözü əlavə edilsin.

2. 5-ci maddənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.".

3. 6-cı maddənin 1-ci bəndinin səkkizinci abzasında "əsərləri" sözündən sonra ", əl ilə toxunan xalçalar" sözləri əlavə edilsin.

4. 8-ci maddənin 5-ci bəndinin ikinci cümləsi çıxarılsın.

5. 15-ci maddənin 2-ci bəndi üzrə:

5.1. doqquzuncu abzasda mötərizədəki "efirlə" sözündən sonra "kütləvi" sözü əlavə edilsin;

5.2. onuncu abzasda mötərizədəki "kütləyə çatdırmaq üçün" sözləri çıxarılsın;

5.3. on birincion ikinci abzaslar müvafiq olaraq on ikincion üçüncü abzaslar hesab edilsin və bəndə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

"əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ);".

6. 27-ci maddənin 1-ci bəndi üzrə:

6.1. ikinci abzasda "varidata keçmiş sayılır" sözləri "varidat sayılır" sözləri ilə əvəz edilsin;

6.2. üçüncü abzas beşinci abzas hesab edilsin və bəndə aşağıdakı məzmunda üçüncüdördüncü abzaslar əlavə edilsin:

"Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir.

Azərbaycan folkloru nümunələri "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qorunur.".

7. 33-cü maddə üzrə:

7.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:

a) ifanın efirlə və ya kabellə kütləvi bildirişi, əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə;

b) əvvəllər yazılmamış ifanın yazılması;

c) ifanın yazılmasının birbaşaya dolayı yolla surətinin çıxarılması;

ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi;

d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir;

e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;

ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).";

7.2. 4-cü bəndin birinci cümləsində "ifanın yazılması və onun surətinin çıxarılması (bu maddənin ikinci bəndinin 1-ci və 2-ci yarımbəndləri)" sözləri "bu maddənin 2-ci bəndinin "a", "b" və "c" yarımbəndlərində göstərilən" sözləri ilə əvəz edilsin;

7.3. 5-ci bəndin birinci cümləsində "bəndinin 3-cü yarımbəndində" sözləri "bəndində" sözü ilə əvəz edilsin, "; bununla birlikdə, ifaçı həmin audiovizual əsərin nüsxələrinin kirayəyə verilməsinə görə haqq almaq hüququnu saxlayır" sözləri çıxarılsın.

8. 34-cü maddə üzrə:

8.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Fonoqramdan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:

a) fonoqramın birbaşa və dolayı yolla surətinin çıxarılması;

b) fonoqramda dəyişiklik edilməsi və ya onun başqa cür yenidən işlənilməsi;

c) fonoqramın orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqramın qanuni dərc olunmuş (buraxılmış) nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə mülki dövriyyəyə buraxılmışdırsa, həmin nüsxələrin sonradan fonoqram istehsalçısının razılığı olmadanhaqq ödənilmədən ölkə ərazisində yayılmasına yol verilir;

ç) fonoqram istehsalçısının icazəsi ilə istehsal edilmiş nüsxələr də daxil olmaqla, fonoqram nüsxələrinin yaymaq məqsədi ilə idxal edilməsi;

d) fonoqramın orijinalının və ya nüsxələrinin fonoqram istehsalçısının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;

e) fonoqramın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).";

8.2. 3-cü bənd çıxarılsın və 4-cü bənd 3-cü bənd hesab edilsin.

9. 35-ci maddənin ikinci hissəsinin üçüncü abzasından "verilişin yazılmasının yayım təşkilatının razılığı ilə həyata keçirildiyionun yazıldığı məqsəd üçün surətinin çıxarıldığı hallardan başqa," sözləri çıxarılsın, yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

"verilişin yazılmasını yaymaq.".

10. 40-cı maddə üzrə:

10.1. dördüncü hissədə "dövlət büdcəsindən ayrılan vəsait" sözləri "dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına" sözləri ilə əvəz edilsin;

10.2. beşinci hissə çıxarılsın.

 

      

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 4.