"Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2010-cu il 30 sentyabr tarixli 1079-IIIQD nömrəli qanununun
tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1079-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 4.