"Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavə edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 202; 2005-ci il, ¹ 10, maddələr 874, 876, 902; 2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 2, maddə 82; 2009-cu il, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin üçüncü hissəsinin iyirmi birinci abzasında "xatirə medal və nişanları" sözləri "xatirə nişanları" sözləri ilə əvəz edilsin;

2. 32-ci maddənin birinci hissəsinin altıncı abzasından "xatirə medalları və ya" sözləri çıxarılsın.

II. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 452, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 12, maddə 706; 2005-ci il, ¹ 10, maddə 902; 2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə 82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə 696; 2009-cu il, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010-cu il, ¹ 3, maddə 171) 23.1.5-ci maddəsindən "xatirə medalları və ya" sözləri çıxarılsın.

III. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 586; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr 694, 710; 2009-cu il, ¹ 6, maddə 399, ¹ 11, maddə 878; 2010-cu il, ¹ 3, maddə 171, ¹ 4, maddə 273) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 28.1.7-ci və 28.1.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"28.1.7. "fəxri ədliyyə işçisi" adının verilməsi;

28.1.8. döş nişanı ilə təltif edilmə;".

2. Aşağıdakı məzmunda 28.1-1-ci maddə əlavə edilsin:

"28.1-1. Ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri və ölkə vətəndaşları fəxri fərman və xatirə nişanı ilə təltif edilə bilərlər.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 4.