"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹12, maddə 689; 2001-ci il, ¹ 11, maddə 677; 2002-ci il, ¹ 5, maddə 237; 2003-cü il, ¹ 6, maddə 273, ¹ 8, maddə 419; 2004-cü il, ¹ 7, maddə 522, ¹ 10, maddə 784, ¹ 12, maddələr 982, 987; 2005-ci il, ¹ 4, maddə 283, ¹ 10, maddə 884; 2007-ci il, ¹ 3, maddə 212, ¹ 11, maddə 1051; 2008-ci il, ¹ 5, maddələr 346, 347, ¹ 8, maddə 708, ¹ 11, maddə 959; 2009-cu il, ¹ 4, maddə 214, ¹ 7, maddələr 503, 511, ¹ 10, maddə 770, ¹ 12, maddə 963; 2010-cu il, ¹ 7, maddə 605) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Zaqatala rayonu" bölməsinin 56.28-ci sırasından "və Qazangül qəsəbəsi" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 4.